Vakansiya haqqında

Təsvir

"Azər Yem Sənaye MMC" Balakən ofisində maliyyə əməliyyatlarının dəqiqliklə idarə edilməsi və mühasibat uçotunun beynəlxalq və yerli standartlara uyğun aparılması üçün təcrübəli və məsuliyyətli Mühasib axtarışındadır. Bu vəzifə, müasir ERP sistemləri (1C, SAP) ilə işləmək və istehsalat yönümlü mühasibatlığı dərindən öyrənmək üçün əla fürsətdir.

Əsas Öhdəliklər:

  • Əməliyyat uçotu: Pul vəsaitlərinin mədaxil və məxarici əməliyyatlarını ERP proqramına daxil etmək, qalıqların dəqiqliyini yoxlamaq.
  • Elektron Sənəd Dövriyyəsi: e-taxes.gov.az portalı vasitəsilə elektron qaimələrin tərtib edilməsi, göndərilməsi və daxil olan qaimələrin ilkin sənədlərlə (ERP) üzləşdirilməsi.
  • Tədarükçü və Müştəri Münasibətləri: Mal və xidmət alışları üzrə təhvil-təslim aktlarının, müqavilələrin və digər ilkin sənədlərin arxivlənməsi və sistemə işlənməsi.
  • Satış Uçotu: Müəssisənin satış prosesləri zamanı sənədlərin düzgünlüyünü təmin etmək və uçotunu aparmaq.
  • Mühasibat Müxabirləşmələri: Mühasibat uçotu qaydalarına uyğun olaraq bütün əməliyyatlar üzrə düzgün müxabirləşmələrin verilməsi.

Namizədə dair Tələblər:

  • Təhsil: Maliyyə və ya Mühasibat uçotu sahəsində ali təhsil.
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
  • Proqram Bilikləri:
  • 1C 8.3 ERP proqramında sərbəst işləmək bacarığı.
  • MS Office,
  • SAP bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
  • Portal: e-taxes.gov.az (VÖEN portalı) ilə işləmək təcrübəsi.
  • Şəxsi keyfiyyətlər: Analitik düşünmə qabiliyyəti, detallara qarşı həssaslıq, dürüstlük və komandada işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Korporativ nömrə
  • Nahar təminatı
  • Könüllü tibbi sığorta

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Son tarix
3 sentyabr 2026

Şirkət haqqında

AgroTrade Supply
Food and Beverage Manufacturing · Baku

Şirkət Adı : AgroTrade Supply MMC Ünvan : City Tower, Neftçilər prospekti 64, AZ1010 Bakı, Azərbaycan Yaranma Tarixi : 2021-ci il Haqqımızda : AgroTrade Supply MMC, 2021-ci ildən etibarən Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi…

AgroTrade Supply — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ARTER MMC
Manager · 1+ ilBakı
Maaş göstərilməyib

Yeni müştəriləri cəlb etmək və ERP həllərini təqdim etmək.

B2B SalesCustomer Relationship ManagementSales ManagementNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
UHY LLC
1–2 il
Maaş göstərilməyib

Vergi qaydalarına uyğun təhlillər edərək mühasibat hesabatları hazırlamaq.

Accounting1CFinancial ReportingERP Systems+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et