Mühasib alqı-satqı müqavilələri hazırlayır və 1C, Excel bilikləri tələb olunur
Vakansiya haqqında
Logistika şirkətinə mühasib axtarılır!
Dinamik və peşəkar komandamıza qoşulacaq, məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Mühasib axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin gündəlik mühasibat uçotunun aparılması;
- Bank, kassa və POS-terminal əməliyyatlarının həyata keçirilməsi və uçotu;
- E-qaimə, hesab-faktura və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması;
- Gəlir və xərclərin gündəlik uçotunun aparılması;
- Yanacaq, nəqliyyat və logistika xərclərinin uçotunun aparılması;
- Sürücülər, təchizatçılar və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılması;
- Debitor və kreditor borcların izlənilməsi;
- Vergi və əmək qanunvericiliyinə uyğun mühasibat əməliyyatlarının aparılması;
- Gömrük sənədləri və idxal-ixrac əməliyyatları üzrə ilkin mühasibat uçotunun aparılması;
- Rəhbərliyə tələb olunan maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas maliyyə/mühasibat təhsili;
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
- E-qaimə, hesab-faktura, bank və kassa əməliyyatları üzrə praktiki təcrübə;
- Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarını bilməsi;
- 1C və Microsoft Excel proqramlarında işləmək bacarığı;
- Logistika və nəqliyyat sahəsində mühasibat uçotu üzrə təcrübə üstünlükdür;
- Gömrük və idxal-ixrac əməliyyatları üzrə ilkin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, dəqiq və dürüst olmaq;
- Komandada işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Qeyd: E-mailin mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Son tarix
19 sentyabr 2026
Şirkət haqqında
AGT Cargo
51-200 · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
700–1 000₼7 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət
700–1 000₼
Mühasib-operator kimi 1C proqramında maliyyə sənədlərini idarə etmək və vergi qanunlarını bilmək tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mühasibat uçotu və vergi hesabatlarının hazırlanmasını və 1C proqramını bilmək tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Mühasibatlıq işlərini aparır, 1C və MS Excel proqramlarını yaxşı bilir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


