Mühasibatlıq işlərini aparır, 1C və MS Excel proqramlarını yaxşı bilir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması;
Təsisçi ilə borc müqavilələrin, qərarın və s. hazırlanması;
Hesab-fakturaların hazırlanması;
E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
Təhvil-təslim aktlarının hazırlanması;
Qiymətin razılaşdırma protokolunun hazırlanması;
Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;
Bank vasitəsilə onlayn ödənişlərin edilməsi;
Əmək haqqı kartının açılması;
Əlavə dəyər vergisinin hesablanması, tərtibi və ödənilməsi (ƏDV);
Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması;
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə);
Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV);
Gündəlik onlayn kargüzalığın (gələn məktubaların) izlənməsi;
Aylıq əmək haqqının hesablanması;
Məzuniyyətin və son haqq hesabın hesablanması;
Ezamiyyət sənədlərinin hazırlanması və hesablamaların edilməsi;
Debitor və kreditor borclarının uçotu və nəzarəti.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
İstirahət: Şənbə – Bazar günləri
Əmək haqqı: 700 – 1000 AZN
İş yeri: Bakı şəh., Nəcəf Nərimanov 4
Namizədə tələblər
Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə)
İş təcrübəsi: müvafiq sahədə minimum 2 (iki) il
1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmə ( MS Excel mütləq yoxlanılacaq)
Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik olmaq
Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik
Vergi məcəlləsi və mühasibat uçotu sahəsində biliklər
Səlis azərbaycan dili biliyi (Rus dili arzu olunandır)
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Debitor borcların idarə olunmasını və maliyyə hesabatlarının hazırlanmasını həyata keçirir, mühasibatlıq üzrə 2 il təcrübə tələb olunur.
Mühasibatlıq əməliyyatlarını 1C proqramında idarə edir və mühasibatlıq bilikləri tələb olunur
Logistika şirkətində mühasibat uçotunu aparmaq üçün 2 il təcrübəli mühasib tələb olunur.



