Mühasibat uçotu aparır, 3 ildən çox təcrübəsi və 1C 8.3 bilikləri tələb olunur
Vakansiya haqqında
Təsvir
- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
- Daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
- Bank və kassa əməliyyatlarına nəzarət;
- Təhtəlhesab şəxslərlə hesablaşaların vaxtında və dəqiq uçotunun aparılması
- Debitor və kreditor borclarının izlənilməsi;
- 1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
Tələblər
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- 1C proqramı üzrə biliklər
- Excel bilikləri
- İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və detallara diqqət;
- Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 643–1 110 ₼ ödəyir, median — 800 ₼.
143 açıq vakansiya, 305 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
AMO MMC 1995-ci ildə təsis edilmiş beynəlxalq nəqliyyat şirkətidir və AMO GROUP şirkətlər qrupuna daxildir. Yarandığı ildən bəri şirkət uğurla inkişaf edir və hədəf və istiqamətlərinin şərti artır.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 3 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır, 2 il təcrübə və 1C proqramını bilməlidir
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mühasibat uçotu və vergi hesabatlarını aparır, ən az 3 il təcrübəsi olmalıdır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




