Vergi hesabatlarının hazırlanması və 1C proqramında əməliyyatların aparılması bacarığı tələb olunur.
Vakansiya haqqında
“AZERA Holding”-in daxilində fəaliyyət göstərən “Kətan Toxuma və Hörmə” MMC-yə Mühasib vakansiyası elan edir
İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi (Buzovna Xrustalının yaxınlığı)
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- 1C proqramında satış, alış, bank, kassa və digər maliyyə əməliyyatlarının uçota alınması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin hazırlanması;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
- Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının icra edilməsi;
- Əmək haqlarının hesablanması;
- Debitor və kreditor borclarının uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotu, amortizasiyasının hesablanması və mal-material hərəkətinə nəzarət;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Elektron dövlət portalları və internet bankçılıq sistemləri ilə işləmək;
- Mühasibat sənədlərinin düzgün saxlanılmasını və daxili maliyyə prosedurlarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- İstehsalat sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi üstünlükdür;
- 1C, MS Office proqramları (xüsusilə Excel və Word) ilə yüksək səviyyədə işləmək bacarığı;
- Elektron vergi portalları, e-qaimə, internet bankçılıq və digər elektron dövlət sistemləri ilə işləmək bacarığı;
- Vergi və maliyyə qanunvericiliyini bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Komandada işləmək və işə planlı yanaşmaq bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 1500–2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Performans nəticələrinə əsasən bonus və mükafatlandırma imkanı.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Mühasib “Kətan Toxuma və Hörmə” MMC " qeyd etməklə müvafiq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
30 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 avqust 2026
Şirkət haqqında
Azera Holding
Investment Management · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
500–600₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mühasibat uçotu və maliyyə əməliyyatlarını aparmaq üçün MS Office bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Mühasibat və vergi uçotunu aparır, lizinq və faktorinq əməliyyatlarını idarə edir, 3 il təcrübə tələb olunur.
500–600₼
Mühasib alış, anbar və əməliyyatların uçotunu aparır, maliyyə bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 

