Maliyyə əməliyyatlarını idarə edir və dəqiq mühasibat uçotu aparır, ən azı 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi və mühasibat uçotunun aparılması;
- Əməliyyatların Günəş proqramında işlənməsi;
- Bank və kassa əməliyyatları;
- Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s);
- E-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
- A.R. Vergi Məcəlləsini orta səviyyədə bilmək;
- Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.
- Ümumi mühasibatlıq bilikləri olmalı;
- Ali təhsilli olmalı;
- Fəal olması və komandada işləmək bacarığı;
- Güclü proses və planlaşdırma düşüncəsinə sahib olmalı;
- Microsoft Word, Excel, PowerPoint daxil olmaqla kompyuter proqramları ilə orta səviyyədə bilik olmalı;
- Analitik bacarıqlar olmalı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Yaş həddi : 22-35;
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mühasib) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 650–1 150 ₼ ödəyir, median — 800 ₼.
124 açıq vakansiya, 181 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycan Turizm və Menecment Universiteti ali məktəb olaraq öz fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13…
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Qəbələ şəhərində digər açıq elanlar.
Mühasibat uçotunu təşkil edir və maliyyə əməliyyatlarını qiymətləndirir, minimum 1 il təcrübə tələb olunur.
Maliyyə hesabatlarını hazırlayan və 1C proqramında işləməyi bacaran Junior mühasib.
Debitor və kreditor borclarının uçotunu aparır, mühasibat uçotu üzrə geniş bilik tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





