Vakansiya haqqında

FINORA SYSTEMS MMC — PMS SERTİFİKATLI TƏCRÜBƏLİ MÜHASİBLƏR ÜÇÜN ƏMƏKDAŞLIQ İMKANI

Təcrübənizi daha böyük imkanlara çevirin. Komandanızı və gələcəyinizi bizimlə qurun.

Peşəkarlığınıza güvənirsiniz? Müştərilərlə məsuliyyətli işləməyi, mühasibat proseslərini idarə etməyi və işin keyfiyyətinə nəzarət etməyi bacarırsınız?

FINORA SYSTEMS MMC bizimlə birlikdə inkişaf etmək, uzunmüddətli əməkdaşlıq qurmaq və böyüyən komandanın bir hissəsi olmaq istəyən PMS sertifikatlı, təcrübəli mühasibləri dəvət edir.

PEŞƏKARLIĞINIZA DƏSTƏK, İNKİŞAFINIZA ŞƏRAİT

Əməkdaşlıq çərçivəsində:

  • Ofisdə iş yeri təmin ediləcək.
  • İşinizə dəstək üçün mühasib köməkçiləri ayrılacaq.
  • Köməkçilərin əməkhaqqı FINORA SYSTEMS MMC tərəfindən qarşılanacaq.
  • İş həcmi artdıqca rəhbərlik etdiyiniz mühasibat komandası da genişlənəcək.
  • Şirkətin təqdim etdiyi müştərilərlə işləmək və fəaliyyətinizi böyütmək imkanı yaradılacaq.

Siz təcrübənizi və peşəkar yanaşmanızı ortaya qoyun, biz fəaliyyətinizi genişləndirmək üçün təşkilati dəstək verək.

GƏLİR MODELİ VƏ ƏMƏKHAQQI PERSPEKTİVİ

İlkin mərhələdə əməkdaşlıq faizlə gəlir bölgüsü əsasında başlayacaq. İş həcmi və məsuliyyət artdıqca yüksək əməkhaqqı nəzərdə tutulan maaş sisteminə keçid planlaşdırılır. Keçidin şərtləri və əməkhaqqı məbləği qarşılıqlı razılaşdırılacaq.

Başlanğıc gəlir bölgüsü:

  • Özünüzlə gətirdiyiniz mövcud müştərilərdən aylıq mühasibat xidməti gəlirinin 85%-i sizə, 15%-i FINORA SYSTEMS MMC-yə.
  • Sonradan özünüz qazandığınız yeni müştərilərdən 75% sizə, 25% FINORA SYSTEMS MMC-yə.
  • FINORA SYSTEMS MMC-nin təqdim etdiyi müştərilərdən 40% sizə, 60% FINORA SYSTEMS MMC-yə.

HAZIR MÜŞTƏRİ BAZANIZ VARSA, BUNU MÜRACİƏTİNİZDƏ XÜSUSİ QEYD EDİN

Mövcud müştəri bazası ilə qoşulmaq istəyən mühasiblərlə ayrıca görüş keçiriləcək, bazanın həcmi və iş yükü nəzərə alınaraq xüsusi əməkdaşlıq təklifi müzakirə olunacaq.

Məqsədimiz peşəkar əməyinizi dəstəkləyən, müştərilərinizə keyfiyyətli xidmət göstərməyə və yeni imkanlar qazanmağa şərait yaradan əməkdaşlıq qurmaqdır.

ƏLAVƏ QAZANC İMKANLARI

  • Satdığınız proqramın birdəfəlik satış məbləğindən 40% bonus.
  • Satdığınız hər kassadan 50 AZN bonus.

KİMLƏRİ GÖZLƏYİRİK?

Qüvvədə olan Peşəkar Mühasib Sertifikatına — PMS-ə və praktik iş təcrübəsinə malik, məsuliyyətli, dəqiq, öz biliklərinə güvənən və uzunmüddətli inkişaf hədəfi olan mühasibləri.

Bizimlə başlamaq, bizimlə böyümək və gələcəyini FINORA SYSTEMS MMC ilə qurmaq istəyən peşəkarlarla tanış olmaq istəyirik.

MÜRACİƏT ETMƏK ASANDIR

FINORA SYSTEMS MMC — peşəkarlığınızla güclənək, birlikdə inkişaf edək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400–800 ₼
Yerləşdirilib
7 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
647

Maaş bazarla müqayisədə

Mühasib üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 800 ₼.

bu vakansiya · 400–800 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

133 açıq vakansiya, 286 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Bakı şəhərində, ofisdə təşkil olunacaq.

İş ofisdə tam iş rejimində təşkil olunacaq.

Əmək haqqı ilkin mərhələdə gəlir bölgüsü əsasında, sonradan isə maaş sisteminə keçid planlaşdırılır.

Satılan proqramdan və kassalardan bonuslar verilir.

Mesajınızda “PMS mühasib — əməkdaşlıq” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Bakıda digər açıq elanlar.

NATT Partners MMC
Yeni başlayan · 1+ ilBakı

Mühasib

600₼

Mühasibat uçotunu aparır və vergi hesabatlarını hazırlamaq üçün minimum 1 il təcrübə tələb olunur

AccountingFinancial ReportingFinancial AnalysisTax Declaration+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
400–800 ₼
Mühasib
Müraciət et