Maliyyə hesabatlarını hazırlayan və 1C proqramında işləməyi bacaran Junior mühasib.
Vakansiya haqqında
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: Mühasib
Məkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı.
- Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar;
- Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdür
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
Öhdəliklər:
- Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq;
- Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək;
- Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq;
- Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək.
- Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək;
- Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək.
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Kompleksin yeməkxanasında nahar imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
119 açıq vakansiya, 189 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151 ünvanında yerləşir.
Bazar ertəsindən cüməyə qədər, saat 08:00-dan 17:00-dək işləmək tələb olunur.
Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Rəqabətədavamlı xalis əməkhaqqı təklif olunur.
1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları bilməlidir.
CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Gündəlik satış və xərc sənədlərini işləyir, maliyyə və mühasibatlıq üzrə ali təhsil tələb olunur.
Gündəlik mühasibat işlərini aparır, maliyyə hesabatları hazırlayır, analitik bacarıq tələb olunur.
Maliyyə sənədlərinin uçotunu aparır, analitik düşünmə və mühasibatlıq bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




