Accounting1CAccounts Payable
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
18 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müəssisənin gündəlik mühasibat uçotunun aparılması, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında düzgün əks etdirilməsi və maliyyə əməliyyatlarının düzgün şəkildə qeydiyyata alınması.
- Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, e-qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi.
- Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmə və debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq üzləşmə aktlarının hazırlanması.
- Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası.
- Adiyyəti olan platformalarda yerləşdirilmiş gömrük bəyannamələrinin yoxlaması və gömrük rüsumlarının ödənilməsi.
- Müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq.
- Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq.
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi.
- Müəssisəyə məxsus bütün məlumatların (kommersiya sirri, maliyyə məlumatları və digər daxili informasiyalar) məxfiliyinin qorunması.
Qanuni mükəlləfiyyətləri yerinə yetirmək:
- öhdəliklərin (Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin, kommunal xərclər, icarə haqqı və s.) hesablanması və vaxtında ödənilməsi;
- vergilərin və sosial ayırmaların hesablanması və dövlət təşkilatlarına vaxtında ödənilməsi;
- tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması.
Tələblər
- Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
- Mühasibatlıq sahəsi üzrə PMS sertifikatı tələb olunur;
- Müvafiq sahə üzrə 1 il təcrübə;
- Elektron portallar ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, rus dili arzuolunandır;
- MS Excel (yaxşı səviyyədə) və 1C 8.3 Proqramında işləmə təcrübəsi;
- Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik;
- Komandada işləmə bacarığı.
İş şəraiti
- Ünvan: Bakı, Port Baku mall -üzbəüz
- İş qrafiki: 5 gün
- Qidalanma - şirkət tərəfindən təmin olunur
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İmtiyazlar
- Korporativ nömrə (korporativ paket)
- Karyera yüksəlişi
Şirkət haqqında
Holiday in Azerbaijan
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingFinancial Reporting1C 8.3
AccountingFinancial ReportingFixed Assets Management
Accounting1C ProgrammingAccounts Payable


