Debitor və kreditor borclarının uçotunu aparır, maliyyə və mühasibat bilikləri tələb olunur.
Vakansiya haqqında
ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal, pərakəndə və maliyyə təşkilatları üçün
kompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə malik konsaltinq şirkətidir.
Genişlənən komandamıza qoşulacaq, məsuliyyətli, peşəkar, inkişafa açıq mühasib köməkçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və düzgün rəsmiləşdirilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, qəbzlərin, çeklərin və digər maliyyə sənədlərinin işlənilməsi, toplanması və sistemləşdirilməsi;
- Nağd və nağdsız ödəniş əməliyyatlarının düzgün və operativ şəkildə həyata keçirilməsi;
- Bank əməliyyatları, ödənişlər və qarşılıqlı hesablaşmalar üzrə sənədlərin hazırlanması və icrasına dəstək göstərilməsi;
- Debitor və kreditor borclarının uçotunun aparılmasına dəstək göstərilməsi;
- Mühasibat və kassa əməliyyatları üzrə məlumatların 1C proqramına daxil edilməsi və düzgünlüyünün yoxlanılması;
- Kassa qalığına nəzarət edilməsi, kassadakı pul vəsaitlərinin və sənədlərin tamlığının təmin olunması;
- Gündəlik və aylıq kassa hesabatlarının hazırlanması, müvafiq sənədləşmə işlərinin aparılması;
- Vergi uçotu və maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
- Maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və daxili prosedurlara riayət olunması;
- Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Baş mühasibin tapşırıqlarının vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə dair tələblər
- Ali təhsil (mühasibat uçotu və audit, maliyyə və ya iqtisadiyyat ixtisasları üstünlükdür);
- Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (mütləqdir);
- Müvafiq sahədə iş təcrübəsi 2-3 il;
- MS Office proqramları (xüsusilə Excel) üzrə yüksək səviyyədə bilik;
- 1C proqramında işləmək bacarığı;
- Mühasibat uçotu standartları və maliyyə prosedurlarını bilmək;
- Maliyyə hesabatları, büdcələmə, vergi uçotu və audit sahəsində məlumatlılıq;
- Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
- Müştərilərlə ünsiyyət qurmaq, onların tələbat və tələblərini öyrənmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək bacarığı.
Şirkət tərəfindən təklif olunur
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və təcrübə qazanmaq imkanı;
- Peşəkar və dəstəkləyici iş mühiti;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müzakirə olunur;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
119 açıq vakansiya, 189 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
“ALARNA” şirkəti mühasibat uçotunun avtomatlaşdırılması, həmçinin istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması sahəsində 15 ildən artıq təcrübəyə malik müasir konsaltinq şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki Bazar ertəsi – Cümə, 09:00–18:00-dır.
İş yeri Bakıda yerləşir.
Namizədin 2-3 il iş təcrübəsi olmalıdır.
Namizəd 1C proqramı və MS Office, xüsusilə Excel proqramını bilməlidir.
Ali təhsil, mühasibat uçotu, audit, maliyyə və ya iqtisadiyyat ixtisasları üstünlükdür.
Namizəd Azərbaycan və Rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığına malik olmalıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Gündəlik maliyyə və mühasibat əməliyyatlarını idarə edir, 1C və Excel bilikləri tələb olunur.
İstehsal müəssisələrinin gündəlik mühasibat uçotunu aparır və 1C proqramında işləməyi bacarır.
Maliyyə əməliyyatlarını 1C proqramında idarə edir və mühasibatlıq üzrə minimum 3 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



