Vakansiya haqqında

İş yeri: Xızı-Altıağac

Vəzifə öhdəlikləri

1. Gündəlik mühasibat əməliyyatları

  • Gündəlik maliyyə və təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi;

  • Alış, satış, xidmət və digər əməliyyatların sənədləşdirilməsi;

  • İlkin mühasibat sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;

  • Hesab-fakturaların, elektron qaimələrin və təhvil-təslim aktlarının hazırlanması;

  • Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsi;

  • Nağd və nağdsız ödənişlərə nəzarət.

2. Otel təsərrüfatı üzrə mühasibat uçotu

  • Otel otaqlarından əldə olunan gəlirlərin gündəlik yoxlanılması və uçota alınması;

  • Qonaqların yerləşdirilməsi, əlavə xidmətlər və digər gəlir mənbələrinin uçotunun aparılması;

  • Rezervasiya, bron və faktiki satış məlumatlarının yoxlanılması;

  • Otel xidmətlərindən əldə edilən gəlirlərin müvafiq şöbələrlə üzləşdirilməsi;

  • Qonaqlara təqdim edilən hesabların və ödənişlərin düzgünlüyünə nəzarət;

  • Müxtəlif şöbələr üzrə gəlir və xərclərin təhlili.

3. Restoran və mətbəx üzrə mühasibat uçotu

  • Restoranın gündəlik satış və gəlirlərinin yoxlanılması;

  • POS-terminal və kassa əməliyyatlarının uçotunun aparılması;

  • Yemək və içkilərin satışına nəzarət;

  • Mətbəx məhsullarının sərfiyyatının və silinmə aktlarının yoxlanılması;

  • Anbar giriş-çıxış əməliyyatlarının uçotu;

  • Ərzaq məhsullarının maya dəyərinin hesablanması;

  • İnventarizasiya prosesində iştirak və nəticələrin rəsmiləşdirilməsi;

  • Mətbəx və restoran üzrə itki, silinmə və normadan artıq sərfiyyatın təhlili.

4. Anbar və mal-material uçotu

  • Mal-material ehtiyatlarının hərəkətinin uçotunun aparılması;

  • Malların qəbulu, təhvil verilməsi və silinməsinin sənədləşdirilməsi;

  • Anbar qalıqlarının mütəmadi yoxlanılması;

  • Faktiki qalıqlarla mühasibat uçotu məlumatlarının müqayisəsi;

  • Təchizatçılarla hesablaşmaların izlənilməsi;

  • İnventarizasiya nəticələrinin sistemə daxil edilməsi.

5. Kassa və bank əməliyyatları

  • Gündəlik kassa hesabatlarının yoxlanılması;

  • Kassa qalığının faktiki məbləğlə üzləşdirilməsi;

  • Bank çıxarışlarının işlənməsi;

  • POS-terminal əməliyyatlarının yoxlanılması;

  • Nağd və nağdsız ödənişlərin düzgün uçota alınması;

  • Ödəniş tapşırıqlarının hazırlanması.

6. Vergi və maliyyə hesabatları

  • Vergi uçotunun aparılmasına dəstək;

  • Vergi bəyannamələri üçün məlumatların hazırlanması;

  • Əməkhaqqı və digər ödənişlərin hesablanması;

  • Məcburi dövlət sosial sığorta və digər tutulmalar üzrə məlumatların hazırlanması;

  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak;

  • Rəhbərlik üçün gəlir və xərc hesabatlarının tərtib edilməsi.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);

  • Mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;

  • Otel və restoran sektorunda iş təcrübəsi arzuolunandır;

  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər;

  • 1C mühasibat proqramı üzrə yaxşı biliklər;

  • MS Excel proqramında sərbəst işləmək bacarığı;

  • Elektron qaimə-faktura, e-taxes və digər müvafiq elektron sistemlərdən istifadə bacarığı;

  • Kassa, bank və anbar əməliyyatları üzrə biliklər;

  • Maliyyə sənədləri ilə işləmək bacarığı;

  • Analitik düşünmə və rəqəmlərlə işləmək qabiliyyəti;

  • Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;

  • Komandada işləmək və işgüzar ünsiyyət bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki, həftədə bir dəfə istirahət günü

  • Əmək haqqı: 1500 AZN

  • Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən təmin olunur.

Müraciət qaydası:

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Xızı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500 ₼
Yerləşdirilib
6 noyabr 2026
Son tarix
6 dekabr 2026
Baxış
463

Maaş bazarla müqayisədə

Mühasib üzrə bazar adətən 653–1 100 ₼ ödəyir, median — 800 ₼.

bu vakansiya · 1 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

133 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.

+994102349432

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş həftədə 6 gün, istirahət günü həftədə bir dəfədir.

Əmək haqqı 1500 ₼ təşkil edir.

İş yeri Xızı-Altıağacdır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Gündə 3 dəfə qidalanma təmin olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Xızıda digər açıq elanlar.

Zarat Import Export
Mütəxəssis · 1+ ilCəlilabad
1 100–1 500₼

Gündəlik maliyyə əməliyyatlarını aparmaq və 1 il mühasibat təcrübəsi tələb olunur

AccountingFinancial Reporting1CFinancial Analysis+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
FIRE UNIVERSAL GROUP
Mütəxəssis · 2+ ilBakı
800–1 000₼

Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur

AccountingFinancial ReportingTax LegislationLabor Law+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Agro-West DC MMC
Mütəxəssis · 3+ ilBakı
1 300–1 500₼

Mühasibatlıq əməliyyatlarını aparır, vergi hesabatlarını hazırlamaq üçün 1C və Excel bacarığı tələb olunur

Accounting1CFinancial ReportingTax Reporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 500 ₼
Mühasib (otel və restoran)
Müraciət et +994102349432 — zəng et