Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Vakansiya haqqında
VMF şirkətinə Mühasib tələb olunur!
VMF şirkətinin Qobu ofisi üçün mühasibatlıq əməliyyatlarını dəqiq və vaxtında həyata keçirəcək, məsuliyyətli və təcrübəli mühasib axtarırıq.
Şərtlər:
- Əməkhaqqı: 700 AZN (net)
- İş qrafiki: 6 günlük
- İş yeri: Qobu ofisi
- Servis: İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur.
Əsas vəzifələr:
- Debitor və kreditor borclarına nəzarət, qarşılıqlı hesablaşmaların üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Ölkədaxili və xarici bank ödənişlərinin hazırlanması və icrası;
- Əməkhaqqı köçürmələrinin həyata keçirilməsi;
- Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənməsi;
- Sənədlərin və hesablaşmaların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq üzrə praktiki bilik və müvafiq iş təcrübəsi;
- 1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı;
- İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və detallara diqqət;
- Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür.
CV-nizi e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 050 257 80 36
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 800 ₼.
133 açıq vakansiya, 286 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
VMF Natural Frequencies Azərbaycanın İlk Milli Saat Fabrikidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Qobu ofisidir, Bakı şəhəri.
İş həftədə 6 gündür.
Əməkhaqqı 700 ₼ (net) təşkil edir.
1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı tələb olunur.
CV-nizi e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasib şirkətin maliyyə əməliyyatlarını aparır və 1C proqramında işləməyi bacarmalıdır
Gəlir və xərclərin qeydiyyatını aparmaq və ilkin mühasibat sənədlərini hazırlamaq bacarığı tələb olunur.
Gündəlik 1C əməliyyatlarını idarə etmək və mühasibatlıq üzrə minimum 1 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




