Mühasibat uçotu aparır, 3 ildən çox təcrübəsi və 1C 8.3 bilikləri tələb olunur
Vakansiya haqqında
İşəgötürən: Ticarət mərkəzi/“SAMİRAMİS” şəxsi firması
Vəzifələr:
- Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı, avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
- 30-50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- Vergi və Əmək məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.2 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, şənbə və bazar günləri istirahət günləridir.
- Müəssisə Kiçik sahibkarlıq subyekti meyarlarına daxildir (İllik dövriyyəsi böyük deyildir)
Qeyd: İş yeri mərkəzdə - Sahil metrosunun yaxınlığında yerləşir
Əmək haqqı başlanğıc 1500 Azn
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 800 ₼.
147 açıq vakansiya, 309 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Sahil metrosunun yaxınlığında yerləşir.
Həftədə 5 iş günü, şənbə və bazar günləri istirahət günləridir.
Əmək haqqı 1500 ₼-dir.
Namizədin yaşı 30-50 aralığında olmalıdır.
Ali təhsil maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələrdə olmalıdır.
Namizəd 1C8.2 proqramında yüksək səviyyədə işləməyi bilməlidir.
Mövzu yerində “Mühasib” qeyd edərək CV-ni elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatlarını hazırlamaq üçün təcrübə tələb olunur
Maliyyə əməliyyatlarını və mühasibat uçotunu idarə etmək üçün AR vergi qanunvericiliyini bilmək tələb olunur
Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu idarə edir, 5 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



