Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Vakansiya haqqında
“Avex Group” – Praktiki Mühasibatlıq üzrə praktiki şəkildə təcrübə proqramına Noyabr-Dekabr qruplarına qeydiyyatı elan edir.
Proqram sizə nə qazandıracaq?
- Mühasibatlığın real iş proseslərini praktiki şəkildə öyrənəcəksiniz
- Dövlət elektron portalları və peşəkar mühasibat proqramlarında işləmə bacarığı əldə edəcəksiniz
- Qarşılaşa biləcəyiniz Vergi və Əmək qanunvericiliyi risklərini real keyslər üzərində analiz edəcəksiniz
- Dərslərin video yazıları və əlavə tədris materialları təqdim olunacaq
- Təlimi uğurla tamamlayan iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat veriləcək
Proqram kimlər üçündür?
- Mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər
- Praktiki bilik və bacarıqlar əldə etmək istəyən yeni başlayanlar
- Təcrübəsi olmasa da əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən məzunlar
- Yeni peşəyə yiyələnərək karyerasına fərqli istiqamətdə davam etmək istəyən şəxslər
Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.
Müddət 3 ay
Həftədə 2 dəfə-2saat
Proqrama daxildir
- Təlim müddətində əldə edəcəyiniz bilik və praktiki bacarıqlar
- Vergi və elektron sistemlər
- Yenilənmiş new.e-taxes.gov.az portalında peşəkar işləmə bacarığı;
- Təqdim etmə, geri qaytarma, qiymət artımı və azalması üzrə dəqiqləşdirilmiş e-qaimələrin hazırlanması və göndərilməsi;
- Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və təhvil-təslim aktlarının tərtib olunması;
- Mal və xidmət (fəaliyyət) kodlarının əldə edilməsi və tətbiqi;
- Vergi orqanlarından daxil olan məktubların təhlili, cavablandırılması və düzgün icrası;
- Şəxsi Hesab Vərəqəsinin analiz edilməsi və məlumatların düzgün qiymətləndirilməsi;
- Bəyannamə sisteminin bölmələri və işləmə prinsipləri ilə tanışlıq.
Əmək haqqı və bank əməliyyatları
- Əmək haqlarının hesablanması və qanunvericiliyə uyğun tutulmaların müəyyənləşdirilməsi;
- Bank sisteminin iş prinsiplərinin öyrənilməsi;
İnternet bankçılıq əməliyyatlarının icrası:
- bankdaxili və ölkədaxili köçürmələr;
- xarici ödənişlər;
- valyuta mübadiləsi;
- əmək haqqı ödənişləri;
- dövlət büdcəsinə ödənişlər;
- kütləvi ödəniş əməliyyatları.
Dövlət qeydiyyatı və digər əməliyyatlar
- e-customs.gov.az sistemi vasitəsilə gömrük kodunun əldə edilməsi;
- Biznes və əmək haqqı kartlarının sifariş proseduru;
- Mövcud elektron ərizə formalarının tətbiqi;
- Fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatı;
- Təsərrüfat obyektinin qeydiyyata alınması, dayandırılması və qeydiyyatdan çıxarılması üzrə müraciətlərin hazırlanması;
- Debitor və kreditor uçotu üçün Excel cədvəllərinin hazırlanması və idarə olunması.
Hesabatların hazırlanması
- Cari vergi ödənişləri üzrə arayışların hazırlanması;
- DSMF hesabatlarının tərtibi;
- Statistik hesabatların (aylıq, rüblük və illik) hazırlanması;
- Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
- ÖMV bəyannaməsinin tərtibi;
- ƏDV bəyannaməsinin hazırlanması.
Əlavə modul – Kadr uçotu
- Təlim çərçivəsində kadr uçotu və ƏMAS sistemi üzrə praktiki biliklər də əldə edəcəksiniz.
Kadr uçotu
- Əmək haqqı və tabel cədvəllərin hazırlanması
- Müəssisə strukturunun yaradılması
- İşə qəbul və dəyişikliklər
- Ştat vahidinin yaradılması
- Əmək müqavilələri bildirişinin yaradılması
- Əmək müqavilələrinə dəyişiklik
- Şirkət daxili əmək müqavilələrinin yaradılması
- Xitam prossesi
- Son haqq-hesab
Əlaqə +994 55 995 46 29
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
125 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994559954629Bu vakansiya haqqında suallar
Proqram 3 ay davam edir, həftədə 2 dəfə 2 saat olmaqla keçirilir.
Bəli, proqram ödənişli əsaslarla təşkil olunur.
Vergi və əmək qanunvericiliyi, elektron sistemlərdə işləmə bacarığı, hesabatların hazırlanması və kadr uçotu üzrə praktiki biliklər əldə ediləcək.
Şirkət tərəfindən rəsmi sertifikat veriləcək.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasib şirkətin maliyyə əməliyyatlarını aparır və 1C proqramında işləməyi bacarmalıdır
Gündəlik 1C əməliyyatlarını idarə etmək və mühasibatlıq üzrə minimum 1 il təcrübə tələb olunur
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




