Ödəniş sistemləri üzrə hesablaşmaları aparır, klirinq və komissiya hesablama bacarığı tələb olunur
Vakansiya haqqında
Visa, MasterCard və Banklararası Kart Mərkəzi (BKM) sistemləri üzrə gündəlik təqdim olunan hesabatlar əsasında klirinq əməliyyatlarını həyata keçirmək:
- Visa beynəlxalq ödəniş sistemi üzrə VSS hesabatı;
- MasterCard beynəlxalq ödəniş sistemi üzrə Master Report hesabatı;
- BKM sistemi üzrə IBCS hesabatı.
Bank müştərilərinin kartları vasitəsilə ölkə daxilində və ya xaricdə digər prosessinq mərkəzlərinə məxsus bankomatlarda və POS-terminallarda həyata keçirdikləri şübhəli əməliyyatları araşdırmaq və müvafiq tədbirləri görmək;
Visa və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan hesab-fakturaları, eləcə də təchizatçılar tərəfindən təqdim edilən aylıq hesab-fakturaları yoxlamaq, müvafiq aktları tərtib etmək, sifariş ərizələrini hazırlamaq və aidiyyəti struktur bölməsinə göndərmək;
Visa və MasterCard beynəlxalq ödəniş sistemləri üzrə rüblük hesabatları yoxlamaq;
Visa, MasterCard və BKM tərəfindən təqdim olunan yeni qaydaları və dəyişiklikləri izləmək, onların tətbiqi ilə bağlı müvafiq işləri həyata keçirmək;
Ödəniş sistemləri ilə bağlı biznes layihələri üzrə işləri həyata keçirmək və müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək;
Kart məhsulları üzrə yeni ticarət məntəqələrini müvafiq sistemdə yaratmaq;
Bankın digər struktur bölmələrindən şöbəyə daxil olan sorğuları araşdırmaq və cavablandırmaq.
Üstünlüklərimiz:
Təlim və inkişaf imkanları.
Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar.
Könüllü tibbi sığorta proqramında iştirak.
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçTəlim və inkişaf imkanları, rahat iş mühiti, könüllü tibbi sığorta proqramı və mehriban komanda mühiti təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÖdəniş kartları əməliyyatları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Kart əməliyyatları üzrə hesablaşmaların düzgünlüyünü təmin etmək və maliyyə biliklərinə malik olmaq.
Plastik kartların hazırlanması və testini aparmaq üçün ən azı 1 il təcrübəsi tələb olunur
Kart və POS ödəniş sistemləri üzrə əməliyyatları idarə etmək və kart məhsullarının inkişafında təcrübə tələb olunur




