Kart əməliyyatları üzrə hesablaşmaların düzgün aparılması və maliyyə göstəricilərinin dəqiqliyinə nəzarət etmək tələb olunur
Vakansiya haqqında
Bu rolda kart əməliyyatları üzrə hesablaşmaların düzgün və vaxtında həyata keçirilməsinə, maliyyə göstəricilərinin dəqiqliyinə və əməliyyat risklərinin minimuma endirilməsinə töhfə verəcəksən. Yerli və beynəlxalq kart ödəniş sistemləri üzrə hesablaşmalara nəzarət etmək, yaranan uyğunsuzluqları aradan qaldırmaq və proseslərin avtomatlaşdırılmasında iştirak etmək sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Öhdəliklər
- Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank sektorunda kart əməliyyatları, klirinq və hesablaşmalar sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Kart əməliyyatları, klirinq və hesablaşma prosesləri üzrə biliklər;
- Visa, Mastercard və yerli kart ödəniş sistemlərinin hesablaşma prinsipləri üzrə biliklər;
- Tranzit hesablar, kart balansları və texniki overdraft əməliyyatları üzrə biliklər;
- MS Excel-də məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
- Problem həlletmə bacarığı və nəticəyönümlülük;
- Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
- Sahiblənmə və məsuliyyət hissi;
- RPA və proseslərin avtomatlaşdırılması üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
- SQL və ya digər məlumatların təhlili alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Əməkhaqqı, təqaüd və sosial layihələr üzrə kartlara mədaxil əməliyyatlarının xidmət haqlarında yaranan fərqləri müəyyən etmək və aradan qaldırılmasına nəzarət etmək;
- Ödəniş kartı hesablarında yaranan texniki overdraft məbləğlərini izləmək və nəzarətdə saxlamaq;
- Plastik kartlar üzrə balans göstəricilərinin düzgünlüyünə nəzarət etmək;
- Ekosistem daxilində kart əməliyyatları üzrə ödənişləri və əlaqəli tranzit hesabların qalıqlarını izləmək;
- Yerli və beynəlxalq kart ödəniş sistemləri üzrə hesablaşmaların düzgün aparılmasına nəzarət etmək;
- Kart əməliyyatları və hesablaşmalar üzrə yaranan uyğunsuzluqları araşdırmaq və həlli üçün müvafiq komandalarla əməkdaşlıq etmək;
- Əməliyyat risklərini minimuma endirmək üçün daxili siyasət və prosedurlara riayət olunmasını təmin etmək;
- Mövcud proseslərin optimallaşdırılması və RPA vasitəsilə avtomatlaşdırılması üçün təkliflər hazırlamaq;
- Avtomatlaşdırılacaq proseslərin biznes məntiqini formalaşdırmaq və tətbiqində iştirak etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı Ekonomik Zonasında yerləşir.
Bank sektorunda kart əməliyyatları sahəsində minimum 2–3 il iş təcrübəsi tələb olunur.
RPA və proseslərin avtomatlaşdırılması üzrə bilik və ya iş təcrübəsi üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÖdəniş kartları əməliyyatları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Ödəniş sistemləri üzrə hesablaşmaları aparır, klirinq və komissiya hesablama bacarığı tələb olunur
Beynəlxalq ödəniş sistemləri üzrə hesabatları yoxlayır və klirinq əməliyyatlarını həyata keçirir.
Plastik kartların hazırlanması və testini aparmaq üçün ən azı 1 il təcrübəsi tələb olunur




