Problemli kreditlərin təhlili, borcalanlarla danışıqlar aparmaq və restrukturizasiya təklif etmək tələb olunur
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
Portfel üzrə müəyyən olunmuş aylıq yığım planlarının icra edilməsi.
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması
Namizədə tələblər:
Yaş aralığı: 21-45
Kişi və qadın namizədlər
Tam orta təhsil
İş təcrübəsi: 1-3 il (Problemli kreditlərlə iş sahəsində minimum 1 il iş təcrübəsi)
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (yazılı və şifahi).
Kompyuter bilikləri: office proqramları
Şəxsi və Peşəkar Keyfiyyətlər:
Yüksək analitik düşüncə, detallara diqqət və dəqiqlik;
Tələbkar, obyektiv, məsuliyyətli və çevik qərarvermə qabiliyyəti;
Güclü ünsiyyət, psixoloji təsir və danışıqlar aparmaq bacarığı;
Stress altında işləmək və çətin situasiyalarda optimal həll yolları tapmaq bacarığı;
Komandada işləmək və öyrənməyə, peşəkar inkişafa yüksək motivasiya.
İş şəraiti və əlavə imkanlar:
AR Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirmə;
Sınaq müddəti uğurla tamamlandıqdan sonra tibbi sığorta təminatı;
Müasir korporativ standartlara cavab verən iş şəraiti və peşəkar kollektiv
Həftəlik performans göstəricilərinə əsasən ən yaxşı kollektora ayrıca pul mükafatı;
Aylıq yekunlara əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutan mütəxəssislərə xüsusi mükafatlar.
Əməkhaqqı məbləği: 500 AZN net əməkhaqqı + BONUS(limitsiz)
Əməkhaqqı barədə əlavə məlumat: Şəffaf və Pilləli Bonus Sistemi:
İş Qrafiki: Həftəiçi 5 gün (I–V günlər)
İş saatı: 10:00 – 19:00.
Ünvan: Nərimanov rayonu Nadir Əliyev küçəsi 27.
Müraciət üçün :
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Problemli kredit mütəxəssisi üzrə bazar adətən 650–1 200 ₼ ödəyir, median — 750 ₼.
17 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Problemli kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“Vindex Legal” hüquq şirkəti olaraq maliyyə institutları, bank olmayan kredit təşkilatları və korporativ müştərilər üçün problemli kredit portfellərinin idarə olunması, hüquqi müşayiəti və borcların effektiv geri qaytarılması sahəsində…
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftəiçi 5 gün, saat 10:00 – 19:00 işlənir.
500 ₼ net əməkhaqqı və limitsiz bonus sistemi təklif olunur.
Nərimanov rayonu, Nadir Əliyev küçəsi 27 ünvanında yerləşir.
Problemli kreditlərlə sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Müraciət üçün sənədləri e-mail vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProblemli kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Problemli kreditlərin təhlili və idarə olunması üzrə 2 il təcrübəli mütəxəssis axtarılır
Gecikmiş kredit portfelini idarə edir və restrukturizasiya təklif edir, minimum 1 il təcrübə tələb olunur.
Problemli kreditlərlə iş aparır, yüksək ünsiyyət və analitik bacarıq tələb olunur



