Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis

Xalq Sığorta

Vakansiya haqqında

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi, əlaqəli sahələr üzrə);
  • Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
  • Minimum 1-2 il iş təcrübəsi (Sahə üzrə Maliyyə sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • Kompüter bilikləri: MS Office proqramları (peşəkar səviyyədə);
  • Risklərin idarə olunması, daxili nəzarət və sığorta sahəsində sertifikatlar üstünlükdür;
  • Komandada işləmək və təqdimat bacarığı.

İş haqqında məlumat:

  • Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
  • Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqində iştirak etmək;
  • Risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsinin hazırlanmasına köməklik göstərmək;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər bölmələrindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • İnsidentlərin idarə olunması çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Mövcud və yeni məhsul, xidmət, proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
  • Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  • İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Akademik Həsən Əliyev küç 24
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
13 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
156

Şirkət haqqında

Xalq Sığorta
Insurance · Baku
Xalq Sığorta — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24 ünvanındadır.

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Minimum 1-2 il sahə üzrə iş təcrübəsi tələb olunur.

Namizəd öz CV-sini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Könüllü tibbi sığorta təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Risk meneceri üzrə Bakıda digər açıq elanlar.

Bir
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Bankın məlumat aktivləri üzrə riskləri idarə edir və data governance biliklərinə malikdir.

Data GovernanceStatistical AnalysisData ModelingData Risk Management+8
Müraciət et
Eden Agro MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Risklərin idarə olunması və daxili nəzarət sistemlərinin qurulmasında iştirak edir, analitik bacarıq tələb olunur.

Risk ManagementRisk identificationReport PreparationProcess Analysis+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis
Müraciət et