Əməliyyat risklərinin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis

Express Bank

Vakansiya bağlanıb

Bu elan artıq aktiv deyil. Aşağıda Risk meneceri üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.

Vakansiya haqqında

Təsvir

  • Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi;
  • İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması;
  • Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak;
  • Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak;
  • Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə;
  • Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması.

Tələblər

  • Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
  • Analoji sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
  • MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır);
  • Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər;
  • Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
  • Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Kommunikasiya bacarıqları.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi sığorta paketi;
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı, Ataturk 63, Narimanov
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
18 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
34

Şirkət haqqında

Express Bank
Banking · Baku
Express Bank — bütün vakansiyalar

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Risk meneceri üzrə Bakıda digər açıq elanlar.

Eden Agro MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Risklərin idarə olunması və daxili nəzarət sistemlərinin qurulmasında iştirak edir, analitik bacarıq tələb olunur.

Risk ManagementRisk identificationReport PreparationProcess Analysis+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bir
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Bankın məlumat aktivləri üzrə riskləri idarə edir və data governance biliklərinə malikdir.

Data GovernanceStatistical AnalysisData ModelingData Risk Management+8
Müraciət et
Bütün oxşar vakansiyalar