Risklərin idarəedilməsi üzrə mütəxəssis kimi risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemində təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
- Yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi;
- Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və rey /report hazırlanmasını təmin etmək;
- Risk idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının mexanizmlərinin müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması;
- Müvafiq məhdul ,proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi;
- Risk / Nəzarət funksiyasının fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində (KRİ) risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması /eyni zamanda təkmilləşdirmə işlərinin aparılması istiqamətində təkliflər vermək
- RCSA, KRI, KCI, Risk Reyestri hazırlanmasında yaxından iştirak.
- Risklərin qiymətləndirilməsi, azladılması və qalq risk nəticəsi barədə hesabatların hazırlanması
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması,qiymətləndirilməsi və idarə olunması üzrə təkliflərin verilməsi;
- Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətgöstərmək.
Tələblər
- Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
- Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis dili biliyi mütləqdir;
- Bank sahəsində müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- BI və Data analitika bilikləri arzuolunandır;
- Əməliyyat riski üzrə hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;(Risk/İnsidentleri,İstilik xəritəsi,təsir və ehtimal hesablanması və s )
- Əməliyyat riskləri üzrə ssenari analizi, Stress-testləşdirmə və əməliyyat risklərin modelləşdirilməsi üzrə biliklər;
- Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşünmə və tədqiqat bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- FRM II, CFA I sertifikatların və ya eyni istiqamətli ingilis dilli təhsilin olması arzuolunandır
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 3 il iş təcrübəsi tələb olunur.
Tam ştat iş rejimidir.
İngilis dili biliyi mütləqdir.
Xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə Bakıda digər açıq elanlar.
Risklərin idarə olunması və daxili nəzarət sistemlərinin qurulmasında iştirak etmək üçün 2-3 il təcrübə tələb olunur
Şirkətin risklərini idarə edir və risk qiymətləndirmə metodologiyalarını bilir.
Bankın məlumat aktivləri üzrə riskləri idarə edir və data governance biliklərinə malikdir.




