Əməliyyat risklərinin idarə edilməsində iştirak edir və ən azı 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
- BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək;
- BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək;
- BOKT-nin əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək;
- Daxili normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata keçirmək;
- Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil etmək;
- BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü təhlilini həyata keçirmək;
- Risk limitləri, səlahiyyət hədləri və əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Risklərin idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin (Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək;
- Risklərin idarə edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək.
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları həyata keçirmək.
Tələblər
- Bank və ya BOKT sektorunda Risklərin idarə edilməsi sahəsində minimum 5 il (ən azı 1-2 il rəhbər və ya aparıcı/baş mütəxəssis vəzifəsində) iş təcrübəsi;
- Risklərin qiymətləndirilməsi, təhlili və hesabatların hazırlanması üzrə praktiki biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Güclü təqdimat və kommunikasiya bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bank və ya BOKT sektorunda risklərin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Bəli, vakansiya tam ştatdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə Bakıda digər açıq elanlar.
Risklərin idarə olunması, əməliyyat itkilərinin analizi və hesabatların hazırlanması üzrə menecer.
Risklərin idarə olunması, əməliyyat itkilərinin analizi və hesabatların hazırlanması üzrə işləyir, bank sektorunda 5 il təcrübə tələb olunur
Risk və daxili nəzarət proseslərini idarə edir, risk qiymətləndirmə və təkmilləşdirmə bacarıqları tələb olunur.



