Risklərin idarə olunmasına rəhbərlik edir və risklərin qiymətləndirilməsi bacarığı tələb olunur
Vakansiya haqqında
“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.
Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.
Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.
Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.
Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.
Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.
Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi.
ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:
ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.
Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.
Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.
Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).
Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.
Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.
Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.
FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.
Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.
Rus dili biliyi — mütləq tələbdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Əmək haqqı barədə məlumat verilməyib.
CV göndərilməlidir, əmək haqqı gözləntisi qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır: Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə digər açıq elanlar.
Maliyyə risklərinin idarə olunmasını təmin edir və risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.
Qeyri-maliyyə risklərinin idarə olunmasına rəhbərlik edir və əməliyyat riskləri üzrə təcrübə tələb olunur.
Bank üzrə risklərin idarə olunmasını və hesabatlığını təşkil edir, ERM bilikləri tələb olunur.




