Viza müraciətlərini hazırlayır, sənədləri yoxlayır və müştərilərlə əlaqə saxlayır.
Vakansiya haqqında
VAKANSİYA: Viza üzrə mütəxəssis
Şirkət: No Limit Travel
No Limit Travel komandamıza məsuliyyətli, aktiv, ünsiyyətcil və öyrənməyə həvəsli əməkdaş axtarırıq.
İş şəraiti
- İş qrafiki: həftədə 5 iş günü
- İş saatları: 10:00–18:00
- İstirahət: həftədə 2 gün
- Rahat iş mühiti və mehriban kollektiv
- İş prosesində öyrənmə və peşəkar inkişaf imkanı
Əməkhaqqı və bonuslar
- Aylıq sabit əməkhaqqı: 500 AZN (brüt)
- Səfirlik və ya viza mərkəzlərinə müştərilərin müşayiəti üçün hər səfərə əlavə 25 AZN bonus
- İş nəticələrinə və fəallığa əsasən əlavə mükafatlandırma imkanı
Müraciət qaydası
No Limit Travel
Vəzifə öhdəlikləri
- Viza müraciətləri üçün sənədlərin hazırlanması və yoxlanılması
- Viza anketlərinin doldurulması
- BLS, TLScontact, VFS Global və digər viza sistemlərində randevuların bron edilməsi
- Müştərilərə viza prosedurları və sənəd tələbləri barədə məlumat verilməsi
- Müştərilərlə telefon, WhatsApp və digər vasitələrlə əlaqənin saxlanılması
- Zərurət yarandıqda müştərilərin səfirlik və viza mərkəzlərinə müşayiət edilməsi
- Şirkətin Instagram səhifəsinin idarə olunması və inkişaf etdirilməsi
- Instagram üçün post, story və Reels məzmunlarının hazırlanması və paylaşılması
- Şirkətin xidmətlərinin sosial şəbəkələrdə tanıdılması
Tələblər
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (mütləqdir)
- Kompüter və internet sistemləri ilə sərbəst işləmək bacarığı
- Instagram və digər sosial şəbəkələrlə işləmək bacarığı
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq
- Məsuliyyətli, diqqətli, operativ və təşəbbüskar olmaq
- Komandada işləmək və yeni bilikləri tez mənimsəmək bacarığı
Üstünlük verilir:
- Viza sənədləşdirilməsi sahəsində təcrübəsi olanlara
- BLS, TLScontact və VFS Global sistemləri ilə işləməyi bacaranlara
- Sosial media idarəçiliyi və kontent hazırlanması təcrübəsi olanlara
- İngilis dili biliyi olanlara
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 5 gün, saat 10:00–18:00 arasıdır.
Aylıq sabit əməkhaqqı 500 AZN (brüt) təşkil edir.
Səfirlik və viza mərkəzlərinə müşayiət üçün hər səfərə 25 AZN bonus və əlavə mükafatlandırma imkanı var.
İş Bakıda yerləşir.
Namizədlər CV-lərini mövzu hissəsində “Viza üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarViza mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə lombard xidmətləri göstərir, kreditləri rəsmiləşdirir və kassada əməliyyat aparır.
Müəssisə ərazisini nəzarətdə saxlayır, təhlükəsizlik qaydalarına riayət edir və qonaqları qarşılayır.
Klinikaya gələn xəstələrin və avtomobillərin nəzarətini həyata keçirir, təhlükəsizlik prosedurlarına riayət edir.

