Maya dəyərin və xərclərin düzgün uçotunu aparır, mühasibat və xərclərə nəzarət üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Avensol MMC - tender proseslərini idarə edə bilən, layihə xərclərinə nəzarət və kommersiya təkliflərinin hazırlanması sahəsində təcrübəli peşəkar namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Tender sənədlərinin təhlili və tender təkliflərinin (Tender Proposals) hazırlanması;
- Layihələr üzrə xərc hesablamalarının, büdcələrin və kommersiya təkliflərinin hazırlanmasında iştirak;
- Layihə xərclərinin monitorinqi, büdcə ilə faktiki xərclərin müqayisəsi və kənarlaşmaların təhlili;
- BOQ, qiymət cədvəlləri və digər kommersiya sənədlərinin hazırlanması və yoxlanılması;
- Tender tələblərinin, texniki sənədlərin və qiymət təkliflərinin əlaqələndirilməsi;
- Tender və layihə xərcləri üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Tenderlərin hazırlanması, layihə xərclərinə nəzarət və kommersiya hesablamaları üzrə praktiki biliklər;
- Analitik düşünmə, detallara diqqət və güclü hesablama bacarığı;
- MS Excel və hesabatlarla işləmək bacarığı;
- İngilis dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bayıl Plaza, Bakı
- İş qrafiki: Həftə içi 5 gün
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək.
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu (Subject) hissəsində “Tender & Cost Control üzrə mütəxəssis” qeyd etmələri və e-poçtun mətnində əmək haqqı gözləntilərini bildirmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 580–2 400 ₼ ödəyir, median — 750 ₼.
16 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxlaŞirkət haqqında
Avensol MMC — Azərbaycan Respublikasının enerji sektorunda mühəndislik, təchizat və tikinti (EPC) sahəsində aparıcı şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bayıl Plaza, Bakıdadır.
Həftə içi 5 gün işləmək tələb olunur.
Minimum 5 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “Tender & Cost Control üzrə mütəxəssis” qeyd olunmalıdır, əmək haqqı gözləntiləri bildirilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.
Xərclərin idarə olunması və büdcələşdirmə üzrə iş görür, ən azı 3 il təcrübə tələb olunur.
Tikinti layihələrinin xərclərinə nəzarət edir, büdcə və smeta sənədlərini idarə etməyi bacarır.
Tikinti və təmir işləri üzrə smeta hazırlayır, AutoCAD və MS Office bilikləri tələb olunur



