Bankın aktiv və passivlərinin idarə edilməsini həyata keçirir, maliyyə analizində təcrübə tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Qrupun xəzinədarlıq strategiyasını hazırlamaq və icra etmək, pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq, likvidliyi və maliyyə risklərini (valyuta, faiz, yenidən maliyyələşdirmə və likvidlik riskləri) idarə etmək.
- Yerli və beynəlxalq banklarla strateji əlaqələr qurmaq, kredit xətləri, maliyyələşdirmə şərtləri, girov və zəmanətlər üzrə danışıqlar aparmaq və bank portfelini optimallaşdırmaq.
- İnvoys maliyyələşdirməsi, tərs faktorinq, təchizat zəncirinin maliyyələşdirilməsi, idxal/ixrac maliyyələşdirməsi, bank zəmanətləri, akkreditivlər və dövriyyə kapitalı alətləri üzrə strukturlar qurmaq və tətbiq etmək.
- Strateji investisiyalar və genişlənmə layihələri üçün sindikatlaşdırılmış kreditlər, layihə maliyyələşdirilməsi, ECA dəstəkli və dayanıqlılıqla bağlı maliyyələşdirmə imkanlarını dəyərləndirmək və cəlb etmək.
Tələblər
- Maliyyə, bank işi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür); Xəzinədarlıq, korporativ maliyyə və ya bank sahəsində 5 il rəhbər vəzifə təcrübəsi.
- Böyük korporativ qrup, holdinq şirkəti, şaxələndirilmiş biznes qrupu, çoxmillətli təşkilat və ya bank sənayesində güclü təcrübə əhəmiyyətli bir üstünlükdür
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi mükəmməl bilik (məcburidir).
- Güclü danışıq və kommunikasiya bacarıqları, strateji və nəticəyönümlü yanaşma,
- Beynəlxalq maliyyə konfranslarında, bank forumlarında və biznes tədbirlərində Qrupu təmsil etmək üçün özünəinam.komandaları inkişaf etdirmə bacarığı, təqdimat və yüksək səviyyəli tədbirlərdə şirkəti təmsil etmə səriştəsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Xəzinədarlıq, korporativ maliyyə və ya bank sahəsində 5 il rəhbər vəzifə təcrübəsi tələb olunur.
Maliyyə, bank işi və ya əlaqəli sahədə bakalavr dərəcəsi tələb olunur, magistr və ya MBA üstünlükdür.
Azərbaycan və ingilis dillərində yazılı və şifahi mükəmməl bilik tələb olunur.
Strateji və nəticəyönümlü yanaşma, güclü danışıq və kommunikasiya bacarıqları tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXəzinə mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Xəzinədarlıq və maliyyələşdirmə departamentinə rəhbərlik edir, maliyyə və bank sahəsində 5 il təcrübə tələb olunur

