Marketing StrategyBrand ManagementSocial Media Marketing
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə: Brend Meneceri
Əsas vəzifə öhdəlikləri
- Avtomobil brendinin Azərbaycanda inkişaf strategiyasını hazırlamaq və həyata keçirmək.
- Brendin bazardakı mövqeyini gücləndirmək və marka dəyərinin artırılması istiqamətində layihələr icra etmək.
- İllik marketinq və kommunikasiya planını hazırlamaq, büdcəni idarə etmək və icrasına nəzarət etmək.
- Reklam kampaniyalarını (TV, radio, rəqəmsal media, outdoor, PR və s.) planlaşdırmaq və idarə etmək.
- Sosial media, rəqəmsal marketinq və kontent strategiyasının hazırlanmasına rəhbərlik etmək.
- Marketinq agentlikləri, media tərəfdaşları və digər təchizatçılarla əməkdaşlığı idarə etmək.
- Yeni avtomobil modellərinin bazara çıxarılması (Launch) üzrə marketinq planlarını hazırlamaq və icra etmək.
- Test Drive, sərgilər, təqdimatlar, sponsorluq və digər marketinq tədbirlərini təşkil etmək.
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına dəstək vermək.
- Diler şəbəkəsinin fəaliyyətlərini koordinasiya etmək və vahid brend standartlarının tətbiqini təmin etmək.
- Müştəri davranışını, bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini mütəmadi analiz etmək.
- Satış və marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar vasitəsilə ölçmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
- Brend kitabçasına (Brand Guidelines) uyğun olaraq bütün kommunikasiya materiallarına nəzarət etmək.
- CRM, Lead Management və müştəri loyallığı proqramlarının inkişafına dəstək vermək.
- İstehsalçı şirkət ilə müntəzəm əlaqə saxlamaq, marketinq hesabatlarını hazırlamaq və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək.
Namizədə tələblər
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.
- Brand Management və ya Marketinq sahəsində minimum 5 il iş təcrübəsi.
- Avtomobil sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
- Marketinq strategiyası, rəqəmsal marketinq və brend idarəçiliyi üzrə dərin biliklər.
- Layihələrin idarə edilməsi bacarığı.
- Analitik düşüncə və bazar araşdırması aparmaq bacarığı.
- Büdcə planlaşdırılması və maliyyə nəzarəti sahəsində təcrübə.
- Güclü təqdimat və ünsiyyət bacarıqları.
- Azərbaycan və İngilis dillərini sərbəst bilmək.
- MS Office proqramlarını yüksək səviyyədə bilmək; Power BI, Google Analytics, Meta Ads Manager və Google Ads üzrə bilik üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Liderlik bacarığı
- Yaradıcı və innovativ düşüncə
- Nəticəyönümlülük
- Məsuliyyətlilik
- Təşkilatçılıq bacarığı
- Komandada işləmək bacarığı
- Danışıqlar və qərarvermə bacarığı
Əmək şəraiti:
· İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
· 6 günlük iş rejimi;
· Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Marketinq üzrə menecer" başlığı ilə hr@autoaz.az ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Hyundai Azerbaijan
Motor Vehicle Manufacturing · 201-500 · Bakı
Auto Azərbaycan MMC - Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur
Hyundai Azerbaijan — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Brand ManagementBudget ManagementCompetitive Analysis
Brand ManagementPerformance MarketingSEO
Marketing StrategyGoogle AdsGoogle Analytics




