Reels və qısa videolar çəkir, montaj edir, ən azı 3 il təcrübəsi olmalıdır
Vakansiya haqqında
Əsas vəzifələr
- TikTok və Instagram platformaları üçün kreativ, maraqlı və cəlbedici kontent ideyalarının hazırlanması;
- Sosial media trendlərinin, viral videoların və aktual mövzuların mütəmadi izlənilməsi və brendə uyğunlaşdırılması;
- Reels və TikTok videoları üçün ssenarilərin, kreativ konseptlərin və çəkiliş planlarının hazırlanması;
- Video çəkilişlərinin həyata keçirilməsi və çəkiliş prosesinin koordinasiyası;
- Məhsul, kampaniya, mağaza və brend kommunikasiyası ilə bağlı kontentlərin yaradılması;
- Kontent təqviminin hazırlanması və paylaşım prosesinin planlaşdırılması;
- Kontentin izlənmə, əhatə dairəsi və auditoriya reaksiyalarının təhlil edilməsi;
- Sosial media hesablarının aktivliyinin və kontent keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi.
Tələblər
- SMM, Content Creator və ya rəqəmsal marketinq sahəsində iş təcrübəsi;
- TikTok və Instagram platformalarının alqoritmləri, auditoriya davranışları və kontent trendləri barədə bilik;
- Kreativ düşünmə, fərqli ideyalar irəli sürmə və onları reallaşdırmaq bacarığı;
- Video çəkilişi və montaj proqramlarından istifadə bacarığı (CapCut, Adobe Premiere Pro və s.);
- Reels və TikTok formatında dinamik, diqqətçəkən videolar hazırlamaq bacarığı;
- Video ssenarisi və mətn yazmaq bacarığı;
- Azərbaycan dilində düzgün və səlis yazılı, şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və operativ olmaq;
- Yenilikləri və sosial media trendlərini daim izləmək.
- Pərakəndə satış və FMCG sektorunda təcrübə;
- Brend hesabları üçün kontent hazırlanması təcrübəsi;
- Kreativ video kontent layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə portfolioya sahib olmaq.
- Agentlik təcrübəsinin olması üstünlük hesab olunur.
- Namizəd əvvəlki işlərindən ibarət portfolio və ya hazırladığı video kontent nümunələrini təqdim etməlidir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kontent yaradıcısı üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
12 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent yaradıcısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Namizəd portfolio və ya video kontent nümunələrini təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç26 dekabr 2026-cı il.
Bakı şəhərində.
TikTok və Instagram platformaları ilə işləmək tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent yaradıcısı üzrə Bakıda digər açıq elanlar.
Kamera qarşısında sərbəst danışan, avtomobil mövzusunda video çəkiliş və montaj edir
Sosial mediada brendi yaradıcı şəkildə təqdim etmək və video montaj bacarığı tələb olunur
Mobil telefonla video çəkir, montaj edir və sosial media üçün yaradıcı kontent hazırlayır, 3 il təcrübə tələb olunur



