TikTok və Instagram üçün kreativ video kontent hazırlamaq və sosial media trendlərini izləmək tələb olunur
Vakansiya haqqında
İş yeri - Bakı, Bayıl – Sabah Residence
Məşğulluq növü - Tam ştat
Səviyyə - Senior
TREVA Real Estate Bakıda premium daşınmaz əmlak layihələrinin satışı ilə məşğul olan şirkətdir. Komandamıza güclü və təcrübəli mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri
- Satış direktoru və satış komandasının üzvləri ilə Reels və qısa videoların çəkilişi və montajı (şəxsi brend kontenti, ekspert videoları, müsahibə formatları);
- Layihələr, mənzillər və tikinti sahələri üzrə obyekt turları və kampaniya videolarının hazırlanması;
- Instagram, TikTok və LinkedIn üçün trend formatlarda kontent hazırlanması;
- Marketinq komandası ilə birgə aylıq kontent planının icrası.
Namizədə tələblər
- Mobiloqraf / video kontent sahəsində ən azı 3 il iş təcrübəsi (Senior səviyyə);
- Güclü portfolio: insanlarla çəkilmiş Reels, şəxsi brend və ya daşınmaz əmlak kontenti üstünlükdür;
- Kamera qarşısında insanları istiqamətləndirmək, ssenari və ideya təklif etmək bacarığı;
- Montaj proqramlarını sərbəst bilmək (CapCut, Premiere Pro, VN və s.);
- Trendləri izləmək və müstəqil işləmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək haqqı: 1200 AZN (600 AZN sabit + 600 AZN bonus);
- Bakının ən böyük daşınmaz əmlak layihələrində iş təcrübəsi;
- Peşəkar və dinamik komanda.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “Senior Mobiloqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Kontent yaradıcısı üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
12 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent yaradıcısı kimi öz maaşını yoxlaŞirkət haqqında
instagram - https://www.instagram.com/treva.realestate/?hl=en
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı, Bayıl – Sabah Residence-dədir.
Tam ştat iş rejimidir.
Əmək haqqı 1200 ₼ (600 ₼ sabit + 600 ₼ bonus) təşkil edir.
Mobiloqraf / video kontent sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.
Montaj proqramları CapCut, Premiere Pro, VN və s. sərbəst bilməlidir.
CV və portfolionu mövzu hissəsində “Senior Mobiloqraf” qeyd etməklə müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent yaradıcısı üzrə Bakıda digər açıq elanlar.
Mobil telefonla video çəkir, montaj edir və sosial media üçün yaradıcı kontent hazırlayır, 3 il təcrübə tələb olunur
Kamera qarşısında sərbəst danışan, avtomobil mövzusunda video çəkiliş və montaj edir
Reklam və sosial media üçün peşəkar video çəkilişi və montajı üzrə ən azı 3 il təcrübə tələb olunur



