Filterlərin bazar analizini aparır, satış və qiymət tempini araşdırır, texniki məlumatları idarə edir.
Vakansiya haqqında
Şirkətimiz məlumat əsaslı qərarların qəbulunda aktiv rol oynayacaq, strateji düşünən və nəticəyönümlü Marketinq Analitiki axtarır.
Əsas vəzifələr
- Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlilinin aparılması;
- Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Satış və marketinq göstəricilərinin təhlili, analitik hesabatların hazırlanması;
- Yeni bazar imkanlarının müəyyənləşdirilməsi və inkişaf strategiyalarının hazırlanması;
- Məlumatların təhlili əsasında innovativ marketinq həlləri və yeni ideyaların irəli sürülməsi;
- Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək biznes nəticələrinin yaxşılaşdırılmasına dəstək göstərilməsi.
- Bazar araşdırmaları və monitorinqlər üçün əraziyə çıxış etmək.
Namizədə tələblər
- Marketinq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilməsi;
- 1C proqramında işləmək bacarığı;
- Power BI, Google Analytics 4 (GA4), Looker Studio və ya digər analitik platformalar üzrə bilik üstünlükdür;
- Güclü analitik və strateji düşünmə bacarığı;
- Kreativ düşüncə tərzi, təşəbbüskarlıq və yeni ideyalar formalaşdırmaq bacarığı;
- Riskləri düzgün qiymətləndirərək çevik qərarlar qəbul etmək bacarığı;
- Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik, innovativ və inkişafyönümlü iş mühiti.
İş şəraiti
- İş saatı: 09:00-18:00
- İş qrafiki – 5 gün
- Əmək haqqı qarşılıqlı razılaşma əsasinda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
2008-ci ildən etibarən fəaliyyətə başlayan Odontos şirkəti stomatoloji məhsulların satışı ilə məşğuldur. Yarandığı vaxtdan etibarən yüksək keyfiyyətli stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını həyata…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 09:00-dan 18:00-dəkdir, həftədə 5 gün işlənir.
Əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Marketinq analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi tələb olunur.
MS Excel yüksək səviyyədə, 1C proqramında işləmək bacarığı tələb olunur; Power BI, Google Analytics 4 və Looker Studio bilikləri üstünlükdür.
Marketinq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.
Namizədlər öz CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq analitiki üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını hazırlayıb icra edir, rəqəmsal marketinq və Google Ads bacarığı tələb olunur
Marketinq planları hazırlayıb sosial media və reklam kampaniyalarını idarə etmək üçün 5 il təcrübə tələb olunur
Sığorta məhsulları üzrə analitik hesabatlar hazırlayır və SQL, Power BI bilikləri tələb olunur




