Marketing StrategySocial Media MarketingContent Planning
Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
13 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Namizədə tələblər
- Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələrə üstünlük verilir;
- Marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis dilində ən azı orta — Intermediate səviyyədə bilik;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı;
- Sosial media platformaları və rəqəmsal marketinq prinsipləri haqqında ümumi bilik;
- Avtomobil bazarı və avtomobil modelləri haqqında məlumatlı olmaq üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətli və intizamlı olmaq;
- Yaradıcı və analitik düşüncə;
- Komanda ilə işləmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi;
- Yüksək ünsiyyət və koordinasiya bacarığı;
- Stressə davamlılıq;
- Operativ qərarvermə bacarığı;
- Diqqətli və detallara həssas yanaşma.
Vəzifə öhdəlikləri
- Marketinq agentliyi ilə gündəlik koordinasiyanı həyata keçirmək, hazırlanan kreativ materialların yoxlanılmasını, düzəlişlərin verilməsini və təsdiqini təmin etmək;
- Sosial media paylaşımları üçün kontent planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Lazım olduqda sosial media paylaşımlarının və storilərin hazırlanmasını və paylaşılmasını təmin etmək;
- Foto və video çəkilişlərini planlamaq, çəkiliş prosesi zamanı agentlik və videoqrafla koordinasiyanı həyata keçirmək;
- Çəkilişlər üçün avtomobillərin vaxtında və düzgün şəkildə təqdim olunmasını təşkil etmək, zəruri hallarda avtomobilləri çəkiliş məkanına çatdırmaq;
- Marketinq fəaliyyəti üzrə həftəlik, aylıq və digər hesabatları hazırlamaq;
- Excel proqramında məlumatları işləmək, satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
- Müxtəlif marketinq layihələri üzrə sənədlərin hazırlanmasını, imzalanmasını və aidiyyəti struktur bölmələrə təqdim edilməsini təmin etmək;
- Marketinq şöbəsinə aid daxili və xarici yazışmaların koordinasiyasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən marketinq tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;
- Şirkətin brendləri üzrə kampaniyaların həyata keçirilməsində aktiv iştirak etmək;
- Digər şöbələr və tərəfdaş agentliklərlə effektiv əməkdaşlıq etmək.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Korporativ mobil nömrə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Stabil və dinamik iş mühiti;
- Korporativ təlim və inkişaf imkanları.
Şirkət haqqında
Group Motors
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət
Established in 2006, Group Motors is one of the leading companies in Azerbaijan's automotive sector. We proudly represent Toyota, Honda, Ford, Subaru, Mitsubishi, Neta, and Mazda in the local market. Additionally, we provide spare parts supply and technical service support for these brands, ensuring a comprehensive and reliable experience for our customers.
Group Motors — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Campaign ManagementBrand CommunicationContent Creation
Competitive AnalysisCampaign ManagementDigital Marketing
AutoCADProject ManagementQuality Control


