Competitor analysisContent PlanningBudget Management
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 iyun 2026
Dillər
Azerbaijani, English, Turkish
Son tarix
19 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Təminat: Nahar yeməyi şirkət tərəfindən qarşılanır
“Best-tarim” QSC dinamik, yaradıcı və nəticəyönümlü Aparıcı Marketinq Mütəxəssisi axtarır! Əgər siz həm rəqəmsal, həm də ənənəvi marketinq sahəsində təcrübəlisinizsə, komandamıza qoşulmağa dəvətlisiniz.
Vəzifə Öhdəlikləri:
- Marketinq strategiyalarının hazırlanması və icrasında iştirak etmək
- Rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, idarə olunması və analizi
- Sosial media platformaları (SMM) üçün məzmun planının hazırlanması və koordinasiyası
- Ənənəvi marketinq (ATL/BTL) fəaliyyətlərini və promo-kampaniyaları təşkil etmək
- Reklam kampaniyalarının effektivliyini ölçmək və dövri hesabatlar hazırlamaq
- Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
- Agentliklər, tərəfdaşlar və digər təchizatçılarla kommunikasiyanı idarə etmək
- Satış komandası ilə koordinasiyalı işləmək və marketinq dəstəyi göstərmək
- Marketinq büdcəsinin idarə olunmasında dəstək göstərmək
Namizədə Dair Tələblər:
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi
- Ənənəvi marketinq (BTL/ATL) prinsipləri və alətləri üzrə biliklər
- Promo-kampaniyaların, stimullaşdırıcı aksiyaların təşkili və idarə edilməsi təcrübəsi
- Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə mükəmməl biliklər
- Meta Ads platformaları ilə işləmək bacarığı
- Analitik düşüncə və məlumatların təhlili (data analysis) qabiliyyəti
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
- İngilis dili (Intermediate - B1/B2) və Türk dili (sərbəst) bilikləri
- MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) sərbəst işləmək bacarığı
Şəxsi Keyfiyyətlər:
- Kreativ, innovativ və nəticəyönümlü düşüncə
- Güclü ünsiyyət, təqdimat və komandada işləmək bacarığı
- Zamanın effektiv idarə olunması (Time management)
Biz Nə Təklif Edirik?
- Rəqabətqabiliyyətli əmək haqqı
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
- Rahat, müasir və dinamik iş mühiti
Şirkət haqqında
Best-Tarim QSC (Beta Tea Azerbaijan)
Emal sənayesi, Qida məhsullarının istehsalı
Fəaliyyət sahəsi: Çay istehsalı, kənd təsərrüfatı və qida sənayesi Best Tarım QSC (Beta Tea Azerbaijan) Azərbaycanda çay istehsalı və emalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət yüksək keyfiyyətli məhsulların istehsalı, innovativ yanaşmaların tətbiqi və peşəkar kadr potensialının inkişafına xüsusi önəm verir.
Best-Tarim QSC (Beta Tea Azerbaijan) — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Competitor analysisBudget ManagementBrand Strategy
Competitor analysisBudget ManagementContent Strategy
Marketing StrategyGoogle AdsGoogle Analytics

