Müxtəlif marketinq istiqamətlərində işləyir, sosial media və reklam kampaniyalarını idarə edir, 1-2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkətimiz komandanı gücləndirmək üçün təcrübəli və yaradıcı “Marketinq Mütəxəssisi” vəzifəsi üzrə işçi axtarışındadır. Əgər siz brend inkişafına, rəqəmsal marketinqə və məhsulun bazarda uğurlu təqdim olunmasına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi
Brendin bazarda tanınması və inkişafı üzrə fəaliyyətlərin planlaşdırılması
Rəqəmsal marketinq kampaniyalarının (sosial media, SEO, kontent marketinqi) idarə olunması
Bazar araşdırmalarının aparılması və rəqiblərin təhlili
Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinin təmin edilməsi
Satış və digər departamentlərlə əməkdaşlığın qurulması
Marketinq fəaliyyətlərinin nəticələrinin analiz edilməsi və hesabatların hazırlanması
Yeni məhsul və xidmətlərin bazara çıxarılması prosesində iştirak
Kontent hazırlanması (qrafik dizayn və real çəkilişlər - Instagram üçün reels və foto materialları). Peşəkar foto və video çəkiliş avadanlığı şirkət tərəfindən təmin olunacaq
Instagram mesajları vasitəsilə müştərilərlə əlaqələrin idarə edilməsi
Wolt merchant tətbiqində müştəri məmnuniyyətinin idarə olunması
Promosion tədbirlərinin təşkili və hesabatlılığı
Müxtəlif məhsul kateqoriyaları üzrə marketinq: ərzaq məhsulları, market (mall) məhsulları - içkilər, dondurma və desertlər, qəhvə və isti içkilər
Şirkətin ERP sistemi vasitəsilə məhsul idarəetməsi - yeni bundle-lar, qiymət artımı və digər dəyişikliklər zamanı
Trendlərdən xəbərdar olmaq və müvafiq təklifləri direktora çatdırmaq
İnfluenserlərlə reklam hazırlanması və idarə edilməsi
Tələblər
Marketinq, İdarəetmə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
Marketinq sahəsində minimum 1 il iş təcrübəsi
Rəqəmsal marketinq alətləri (Google Analytics, Meta Ads, SEO/SEM) üzrə biliklər
Süni intellekt (Aİ) alətləri ilə (Higgsfield, Canva Aİ, GPT və s.) iş bacarıqı və təcrübə
Analitik düşüncə tərzi və strateji planlaşdırma bacarığı
Azərbaycan dilində sərbəst, ingilis və/və ya rus dilini bilmək üstünlükdür
Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti
Yaradıcılıq, təşəbbüskarlıq və nəticəyönümlülük
Vizual uyğunluq biliyi - rənglər, simmetriya, brendbuk və s.
Tədbir (event) idarəetməsi təcrübəsi
Reels hazırlanması, video və foto redaktəsi bacarıqları
Kontent hazırlanması və hesabatlılıq üçün AI alətlərindən istifadə təcrübəsi
Trend analizi və trendlərin musiqi/səs istiqamətində dərindən bilinməsi
Sahə və məhsula xas biliklər
İnfluenser marketinqi üzrə biliklər
Şirkət nə təklif edir
Rəqabətqabiliyyətli əmək haqqı (təcrübə və bacarıqdan asılı olaraq 800 – 1000)
Peşəkar inkişaf və təlim imkanları
Dostluq mühiti və dinamik komanda
Karyera yüksəlişi imkanları
Müraciət qaydası
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq mütəxəssisi üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
15 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSon müraciət tarixi 14 noyabr 2026-cı ildir.
Rəqəmsal marketinq kampaniyalarında sosial media, SEO və kontent marketinqi sahələrində təcrübə tələb olunur.
Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinin təmin edilməsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə digər açıq elanlar.
Marketinq və reklam kampaniyalarını idarə edir, rəqəmsal marketinq biliklərinə malikdir.
Marketinq planları hazırlayır, kampaniyaları idarə edir və rəqəmsal marketinq biliklərinə malikdir.
Restoranların marketinq fəaliyyətlərini idarə edir, araşdırma və koordinasiya bacarığı tələb olunur.



