Kampaniyaların POS material bölgüsünü idarə edir və ən azı 2 il təcrübəyə malikdir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
- Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
- Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
- Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
- Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
- Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
- Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
- ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
- Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.).
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və ya İngilis dili arzu olunandır;
- Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint);
- Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı;
- AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq mütəxəssisi üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
23 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Ən azı 2 il iş təcrübəsi tələb olunur.
MS Office (xüsusilə Excel, Word, PowerPoint), AutoCAD və Adobe Illustrator proqramları üstünlükdür.
Azərbaycan dili səlis, rus və ya ingilis dili arzuolunandır.
Müraciət e-mail vasitəsilə göndərilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 26 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq şöbəsinin fəaliyyətini koordinasiya edir və tədbirlərin təşkilində iştirak edir.
Restoranların marketinq fəaliyyətlərini idarə edir, araşdırma və koordinasiya bacarığı tələb olunur.
Marketinq strategiyalarını hazırlamaq və rəqəmsal kanalların idarə olunmasına cavabdehdir.




