Brand ManagementBudget ManagementCompetitive Analysis
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
17 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Redmark Agency 30+ tibb sektoru müştərisinin reklam kampaniyalarını idarə edən Ads Specialist axtarır. Namizəd Meta, TikTok və Google platformalarında kampaniyaların qurulması, optimallaşdırılması və nəticələrin hesabatlılığına tam məsuliyyət daşıyacaq.
Əsas öhdəliklər
Meta Ads (Facebook & Instagram):
- Meta Business Suite və Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
- Kampaniya strukturunun düzgün qurulması (kampaniya konsolidasiyası, adset strategiyası, büdcə bölgüsü)
- Auditoriya strategiyası: custom audience, lookalike, retargeting funnellərinin qurulması
- Creative fatigue, frequency, CPR/CPM kimi metriklərin daimi monitorinqi və optimallaşdırma
- A/B testlərin planlanması və nəticələrin analizi
TikTok Ads:
- TikTok Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
- Platformaya uyğun kampaniya məqsədlərinin və auditoriya strategiyasının seçilməsi
- Tibb sektoru üzrə reklam siyasətlərinin (məhdudlaşdırılmış kateqoriyalar) nəzərə alınması və rədd (rejection) hallarının həlli
- Platformanın kreativ tələblərinə uyğun kontent istiqamətinin müəyyənləşdirilməsi
Google Ads & SEO:
- Search, Display və Performance Max kampaniyalarının qurulması və idarəsi
- Açar söz araşdırması, negative keyword idarəsi, keyfiyyət balının yüksəldilməsi
- On-page SEO: meta taglar, texniki audit, sayt strukturu üzrə tövsiyələr
- Google Business Profile optimallaşdırması
- Google Analytics (GA4) və Search Console üzərindən performans analizi
Kontent komandası ilə əməkdaşlıq:
- Reklam üçün hansı kontentin lazım olduğunu müəyyən edir və kontent komandasına dəqiq brief verir
- Hər platforma üçün (Meta, TikTok, Google) düzgün format, mesaj və struktur tələblərini komandaya çatdırır
- Performans datasına əsaslanan geri bildirim verir: hansı kreativ işləyir, hansı yenilənməlidir, niyə?
- Kreativ rotasiya planını qurur və kontent istehsalının reklam qrafikinə uyğunluğunu təmin edir
- Hazırlanan kontentin reklam siyasətlərinə (Meta, TikTok health policies) uyğunluğunu yayımdan əvvəl yoxlamaq
Hesabatlılıq:
- Gündəlik və aylıq reklam hesabatlarının hazırlanması
- Müştəri görüşlərində nəticələrin təqdim edilməsi üçün datanın hazırlanması
- Anomaliyaların (CPL artımı, çatdırılma problemləri) vaxtında aşkarlanması və həlli
Tələblər
- Meta Ads üzrə minimum 2 il praktiki təcrübə (real ad account-larla işləmiş olmalı)
- TikTok Ads üzrə praktiki təcrübə
- Google Ads və SEO üzrə praktiki bilik və təcrübə
- GA4, Meta Pixel, TikTok Pixel, event tracking anlayışı
- Data ilə işləmə bacarığı: CPM, CPR, ROAS, CTR, frequency kimi metrikləri oxumaq və qərar vermək
- Brief yazma və komandalararası kommunikasiya bacarığı
Üstünlük sayılacaq
- Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi
- Meta Blueprint, Google Ads və ya TikTok Academy sertifikatları
- Notion, n8n kimi alətlərlə tanışlıq
- İngilis dili (platforma yenilikləri və resursları izləmək üçün)
Nə təklif edirik
- Tibb sektorunda ixtisaslaşmış agentlikdə 20+ aktiv reklam hesabı ilə real təcrübə
- Rüblük KPİ bonusu
- Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit
- Peşəkar inkişaf və rəqbətli əmək haqqı
- Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti
Uyğun görülməyən CV-lərə geri dönüş edilməyəcək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Redmark Agency
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
A/B TestingContent managementCampaign Management
Campaign ManagementAnalyticsA/B Testing
Digital Marketing StrategyCampaign ManagementGoogle Ads


