Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Instagram, Facebook və TikTok səhifələrinin gündəlik idarə olunması

  • Güllərin, buketlərin və gül kompozisiyalarının kreativ foto və video çəkilişlərinin həyata keçirilməsi

  • Instagram üçün kreativ Post, Story və Reels hazırlanması və paylaşılması

  • Yeni gələn güllərin, hazır buketlərin və xüsusi sifarişlərin çəkilərək sosial şəbəkələrdə təqdim edilməsi

  • Güllərin estetik və cəlbedici şəkildə çəkilməsi üçün dekorasiya, işıq, fon və çəkiliş konsepsiyalarının hazırlanması

  • Reels üçün maraqlı ideyalar, ssenarilər və çəkiliş planlarının hazırlanması

  • Trend olan video formatlarının və sosial media trendlərinin izlənilməsi

  • Müxtəlif kampaniya, endirim və xüsusi günlər üçün kontent hazırlanması

  • Sevgililər Günü, 8 Mart, Analar Günü və digər xüsusi tarixlər üçün kreativ paylaşımların hazırlanması

  • Foto və videoların montajı, redaktəsi və sosial media formatına uyğunlaşdırılması

  • Kontent planının hazırlanması və paylaşım cədvəlinin idarə olunması

  • Sosial şəbəkələrdən daxil olan müştəri mesajlarının və sifarişlərin cavablandırılması

  • Müştərilərə buket seçimi, qiymətlər və sifariş prosesi barədə məlumat verilməsi

  • Müştərilərdən sifarişlərin qəbul edilməsi və sifariş detallarının düzgün qeydiyyata alınması

  • Çatdırılma və sifariş prosesinin müvafiq əməkdaşlarla koordinasiyası

  • Müştərilərlə nəzakətli, operativ və pozitiv kommunikasiya qurulması

  • Səhifələrin aktivliyinin və kontent nəticələrinin analiz edilməsi

Namizədə tələblər

  • SMM və kontent yaradılması sahəsində təcrübə

  • Instagram, Facebook və TikTok platformalarını yaxşı bilmək

  • Telefonla keyfiyyətli foto və video çəkilişi bacarığı

  • Reels və video montaj proqramlarından istifadə bacarığı

  • Estetik zövq və kreativ düşüncə

  • Gülləri və buketləri cəlbedici təqdim etmək bacarığı

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət

  • Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı

  • Sifarişləri diqqətlə qəbul etmək və detalları düzgün qeyd etmək

  • Məsuliyyətli, operativ və təşəbbüskar olmaq

  • Komanda ilə işləmək bacarığı

Üstünlükdür

  • CapCut, Canva, Adobe və digər dizayn proqramlarını bilmək

  • Foto və video çəkilişi üzrə əlavə bacarıqlar

  • Gül mağazası, floristika və ya dekorasiya sahəsində təcrübə

  • SMM üzrə şəxsi portfolio və əvvəlki iş nümunələrinin olması

  • TikTok və digər sosial media platformalarında təcrübə

Biz nə gözləyirik?

Biz sadəcə sosial şəbəkələrdə paylaşım edəcək əməkdaş axtarmırıq. Güllərimizi, buketlərimizi və mağazamızın atmosferini kreativ şəkildə təqdim edə biləcək, sosial mediada maraq yaradacaq və izləyiciləri real müştərilərə çevirə biləcək bir komanda üzvü axtarırıq.

Bizim üçün vacibdir ki, əməkdaşımız həm gözəl kontent hazırlaya bilsin, həm də sosial şəbəkələrdən gələn müştərilərlə ünsiyyət quraraq sifarişləri qəbul etsin və sifariş prosesini düzgün idarə etsin.

Əgər kreativ ideyalarınız varsa, foto və video çəkməyi sevirsinizsə və güllərin gözəlliyini insanlara təqdim etməkdən zövq alırsınızsa, komandamıza qoşulun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
3 dekabr 2026
Baxış
43

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Namizəd Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığına malik olmalıdır.

CapCut, Canva, Adobe və digər dizayn proqramlarını bilmək üstünlükdür.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal kontent meneceri üzrə Bakıda digər açıq elanlar.

Handex
Bakı
Maaş göstərilməyib

Sosial media üçün kontent planı hazırlayır və foto-video çəkiliş bacarığı tələb olunur

Content managementCreative ThinkingCopywritingTeamwork+10
Müraciət et
Maaş göstərilməyib

Sosial media hesablarını idarə edir, kontent yaradır və AI alətlərindən istifadə edir.

Content PlanningContent CreationCopywritingVisual Design+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SMM və kontent meneceri
Müraciət et