Instagram və TikTok üçün kreativ video və foto kontent hazırlamaq və sosial media idarə etmək.
Vakansiya haqqında
Komandamıza sosial medianı sevən, yaradıcı ideyaları ilə fərq yaradan və dinamik iş mühitinə uyğunlaşan eyni zamanda tədbirlərimiz üçün Reels və qısa videolar hazırlayacaq əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
-
Instagram, Facebook, Tiktok və digər sosial media vasitələri üzərindən gələn mesaj və rəyləri operativ, dəqiq və nəzakətli şəkildə cavablandırmaq;
-
Valideyn və şagirdlərə olimpiadalar, qeydiyyat və tədbirlər barədə təsdiqlənmiş məlumatları təqdim etmək;
-
Əlavə araşdırma tələb edən müraciətləri aidiyyəti əməkdaşa yönləndirmək və cavabsız qalmamasını izləmək;
-
Olimpiada və tədbirlərdə Reels, Stories və digər qısa videolar çəkmək;
-
Çəkilən videoları mobil tətbiqlərdə montaj edib yayıma hazırlamaq;
-
Sosial media üçün video ideyaları və qısa mətnlər təklif etmək;
-
Kontent planının icrasında komanda ilə əməkdaşlıq etmək.
Namizədə tələblər:
-
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
-
Valideyn və şagirdlərlə səbirli, aydın və məsuliyyətli ünsiyyət qurmaq bacarığı;
-
Telefonla keyfiyyətli video çəkmək və Reels montaj etmək bacarığı;
-
Instagram, Facebook və digər sosial media ilə gündəlik iş təcrübəsi;
-
Mesajları vaxtında izləmək və məlumatları səhvsiz ötürmək bacarığı;
-
CapCut və ya oxşar montaj tətbiqlərində işləmək bacarığı;
-
Tədbirlər zamanı çəkiliş aparmağa və komanda ilə işləməyə hazır olmaq.
Kamera qarşısında sərbəst olmaq və TikTok üçün kontent hazırlamaq bacarığı üstünlükdür.
İş saatı:
I-V günlər 10:00-18:00
VI gün: 10:00-17:00
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Rəqəmsal kontent üzrə mütəxəssis üzrə bazar adətən 500–750 ₼ ödəyir, median — 575 ₼.
8 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal kontent üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Təhsil Bizimlə Daha Qlobaldır! | Global Olympiad Center Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı təhsilin inkişaf strategiyası planını özündə rəhbər tutaraq 14 avqust 2022-ci ildə fəaliyyətə…
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsindən cümə gününə 10:00-18:00, şənbə günü 10:00-17:00 işlənir.
Əmək haqqı 500–600 ₼ aralığındadır.
İş yeri Bakı şəhərindədir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal kontent üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün kreativ kontent hazırlayır və foto-video çəkiliş bacarıqlarına malik olmalıdır
BeFit-in sosial media hesablarını idarə edir, mobil foto və video çəkiliş bacarıqları tələb olunur.
Axşam növbəsində saytın xəbərlərini redaktə etmək və yerləşdirmək üçün 1 il təcrübə tələb olunur



