Vakansiya haqqında

Vəzifənin məqsədi:

  • Newcond-un təmsil etdiyi AUX, Mitsubishi Electric və HANN brendləri üzrə rəqəmsal reklam fəaliyyətlərini idarə etmək, potensial müştəri müraciətlərini artırmaq, marketinq investisiyalarının effektivliyini ölçmək və rəqəmsal kanalların satış nəticələrinə töhfəsini gücləndirmək.

Vəzifə Öhdəlikləri

  • Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası
  • Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, elektronika şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
  • Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
  • Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
  • Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
  • Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
  • Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
  • Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
  • Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.

Namizədə Tələblər

  • Rəqəmsal Marketinq sahəsində minimum 3il praktiki iş təcrübəsi (müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı).
  • Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi.
  • B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
  • GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər.
  • Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
  • Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma.
  • Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili.
  • E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür).
  • SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.

Biz Nə Təklif Edirik?

  • Real və geniş miqyaslı Beynəlxalq brendlər ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
  • Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
  • Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
  • Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti.
  • Korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Əyləncəli mühitdə team buildinglər

Əmək şəraiti:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Vəzifə üzrə əmək haqqı: 1800-2000 Azn
  • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)

CV-nizi və portfolionuzu Digital Marketing Specialist başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Əhməd Rəcəbli (Aynalı Plaza)
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
17 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
17 dekabr 2026
HRX ilə müraciət
4
Baxış
322

Maaş bazarla müqayisədə

Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 1 800–2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

19 açıq vakansiya, 62 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Melissa Group
Construction company · Bakı
Melissa Group — bütün vakansiyalar

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza) ünvanındadır.

İş rejimi həftədə 5 gün, istirahət günləri şənbə və bazar günləridir.

Əmək haqqı 1800-2000 ₼ aralığındadır.

Namizəd üçün rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

CV və portfolio göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Rifah Group
Mütəxəssis · 2+ ilBakı
800₼

Mebel və elektronika məhsullarının onlayn satışını artırmaq üçün rəqəmsal marketinq strategiyası hazırlayır və idarə edir

Digital Marketing StrategyGoogle AdsGoogle AnalyticsGoogle Tag Manager+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 800–2 000 ₼
Digital marketing mütəxəssisi
Müraciət et