Rəqəmsal marketinq strategiyasını idarə edir və SEO, analitika üzrə 3+ il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Bankın məhsul və xidmətləri üzrə marketinq kommunikasiya planlarının hazırlanması və icrasında iştirak etmək;
- Təyin edildiyi sahə üzrə bank məhsullarının (kart, kredit, kampaniyalar, biznes və s.) rəqəmsal kanallar (Google Ads, sosial media reklamları, programmatic reklamlar, e-mail marketinq kanalları) vasitəsilə bank brendinin və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
- Ənənəvi kanallar üzrə marketinq layihələrinin koordinasiyasında iştirak etmək;
- Kampaniya və kommunikasiya fəaliyyətlərinin biznes məqsədləri, məhsul strategiyası və hədəf auditoriya ehtiyacları ilə uyğunluğunu izləmək;
- Kampaniya nəticələrini analitik göstəricilər əsasında izləmək, hesabatlar hazırlamaq və nəticələrə uyğun optimizasiya tədbirləri həyata keçirmək;
- Məhsul təqdimatları, kampaniyalar və digər marketinq təşəbbüsləri üçün kreativ konseptlərin, kontent istiqamətlərinin və kommunikasiya mesajlarının hazırlanmasını koordinasiya etmək;
- Dizayn, kontent, SMM, media, məhsul və satış komandaları ilə işləyərək kampaniyaların vaxtında və keyfiyyətli icrasını təmin etmək;
- Bankın məhsul səhifələrinin aktuallığını izləmək, kontentin hazırlanması və yenilənməsi prosesinə ümumi nəzarət etmək;
- Marketinq trendlərini və yeni rəqəmsal alətləri izləmək, onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə sahib olan (iqtisadiyyat, marketinq, biznesin təşkili, reklam və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır, yüksək akademik göstəricilər üstünlükdür);
- Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarıqlarına sahib olan;
- Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsinə sahib olan;
- Google Ads, Meta Business, Google Analytics və digər rəqəmsal platformalarla sərbəst işləmə, reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi, A/B testlərinin aparılması və optimallaşdırılması bacarığına sahib olan;
- Google Tag Manager üzrə fundamental biliklərə sahib olan;
- WordPress, Strapi və digər CMS-lərlə işləmə bacarığına sahib olan;
- AI alətləri, ofis proqramları və analitik hesabatlılıq alətləri ilə sərbəst işləmə bacarığına sahib olan;
- Ünsiyyət və təqdimat bacarıqlarına sahib olan;
- Analitik düşünmə və kampaniya nəticələrini şərh etmə bacarığına sahib olan;
- Ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarıqlarına sahib olan;
- Strateji düşünmə, problem həll etmə və prioritetləşdirmə bacarığına sahib olan;
- Kreativ yanaşmanı məhsul və biznes məqsədləri ilə əlaqələndirə bilən şəxsdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 980 ₼.
32 açıq vakansiya, 55 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri barədə məlumat verilməyib.
İş saatları və günləri barədə məlumat verilməyib.
Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal marketinq mütəxəssisi üzrə digər açıq elanlar.
Rəqəmsal marketinq strategiyasını hazırlayır və Meta, Google Ads platformalarında kampaniyalar idarə edir
Şirkətin digital marketinq kampaniyalarını idarə edir və Google Ads bacarığı tələb olunur.
Rəqəmsal marketinq kampaniyalarını idarə edir və Google Ads bacarığı tələb olunur.



