Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Biz tibbi xidmətlərimizin rəqəmsal platformalarda tanıdılması və yeni pasiyentlərin cəlb edilməsi üçün dinamik və məsuliyyətli Rəqəmsal Marketinq Mütəxəssisi axtarırıq. Bu rolda siz reklam kampaniyalarının praktiki icrası, sosial şəbəkələrin idarə edilməsi və podratçıların işinə nəzarət etməklə birbaşa satış konversiyalarının artırılmasına cavabdeh olacaqsınız.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Iş təcrübəsi: 1 - 3 il
- Analitik düşüncə, detallara qarşı diqqətlilik, operativlik və komandada işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dili – texniki səviyyədə bilmək.
Texniki bacarıqlar:
- Meta Ads Manager və Google Ads (Axtarış, YouTube, YouTube/Display) alətləri ilə sərbəst işləmək bacarığı (Tibbi mövzularda reklamların modifikasiya qaydalarını bilmək).
- Veb-analitika alətləri: Google Analytics 4 (GA4) və Google Tag Manager (GTM) ilə baza səviyyəsində işləmək, hesabatları anlamaq bacarığı.
- Kopiraytinq və vizual zövq: Reklam mətnlərini savadlı yazmaq və dizaynerlər üçün aydın texniki tapşırıqlar (TT) tərtib etmək.
Vəzifə öhdəlikləri:
- Tibbi xidmətlərin hədəf auditoriyaya düzgün çatdırılması üçün vizual-məntiqi strukturun qurulması və kommersiya təqdimatlarının hazırlanmasında iştirak etmək.
- Google Ads və Meta Ads (Facebook/Instagram) platformalarında reklam strategiyasının hazırlanması və praktiki icrası, büdcənin idarə edilməsi və satış konversiya zəncirinin optimallaşdırılması. LinkedIn platformasında ilkin aktivliyin təmin edilməsi.
- SMM, dizayn, video-kontent üzrə frilanserlərin və ya agentliklərin fəaliyyətinə nəzarət; korporativ veb-saytın yenilənməsi və SEO göstəricilərinin monitorinqi.
- Marketinq büdcəsinin səmərəli istifadə edilməsi; rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında korporativ və VİP pasiyentlər üçün loyallıq proqramlarının icrasında (reklam və məlumatlandırma hissəsində) iştirak etmək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- Sahə: Tibbi xidmətlər / Səhiyyə
Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət haqqında
Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 4 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur. Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.
Respublika Diaqnostika Mərkəzi — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



