Rəqəmsal marketinq kampaniyalarını idarə edir və ən azı 2 il təcrübəyə malikdir.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
- Şirkətin və xidmətlərinin rəqəmsal marketinq planlarının, fəaliyyətlərinin, həmçinin kampaniyalarının hazırlanması və icrasını təmin etmək;
- Kampaniyaların, həmçinin digər rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və optimizasiya edərək təkmilləşdirmək;
- A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentlərinin və kanalların effektivliyini təhlil etmək;
- Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google advertising, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq və.s) şirkətin brendi və məhsullarının potensial hədəf kütləyə çatdırılmasını və reklamların yayımlanmasını, həmçinin optimizasiyasını təmin etmək;
- Rəqiblərin rəqəmsal və biznes fəaliyyətlərinin analizi, həmçinin hipotezlərin formalaşdırılması;
- Məzmun yazarı ilə birgə çalışaraq veb-saytların "SEO friendly" olmasını təmin etmək;
- Komanda ilə birgə çalışaraq marketinq fəaliyyətlərinin rəqəmsal istiqamətlərdə düzgün tətbiqi və adaptasiyasını təmin etmək;
- Veb-saytların Technical, On-Page və Off-Page SEO işlərini icra etmək;
- Rəqəmsal marketinq istiqaməti ilə bağlı vendorlarla mütəmadi əlaqədə olmaq;
- Marketinq və Rəqəmsal trendlərin izlənilməsi, həmçinin onların tətbiqi ilə bağlı təkliflər və təşəbbüslər hazırlayıb irəli sürmək;
- Kampaniyalar, məhsul və xidmətlərlə bağlı kreativ ideya və məzmunların hazırlanmasında iştirak etmək;
- İcra edilən fəaliyyətlər və onların nəticəsi haqqında hesabatlar hazırlayıb təqdim etmək;
- Satış komandası və biznes istiqamətləri üzrə sıx kommunikasiyada olmaq;
Namizədə dair tələblər:
- Rəqəmsal marketinq üzrə ən az 1 il iş təcrübəsi;
- Marketinq, Biznes və ya maliyyə ixtisası üzrə təhsil;
- Azərbaycan dilində şifahi və yazılı olmaqla yüksək ünsiyyət qura bilmə bacarığı;
- İngilis dili biliyi;
- Marketinqin əsasları ilə bağlı dərin biliklərə sahib olmaq;
- Rəqəmsal marketinq kanalları üzrə fundamental biliklər və real təcrübəyə sahib olmaq (Display/Video/Mobile/Programmatic Advertising, SMM, SEO/SEM, Content, Email, SMS və Influencer marketing, Branding, Web Design və s.).
- Rəqəmsal marketinq alətlərindən və platformalarından istifadə etməyi bacarmaq;
- Süni intellekt alətlərindən istifadə bacarığına sahib olmaq;
- UX/UI optimizasiyası üzrə fundamental bilik və təcrübəyə sahib olmaq;
- Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq;
- Analitik düşüncəyə, həmçinin analiz və araşdırma bacarıqlarına sahib olmaq;
Üstünlüklər:
- Data-driven marketinq yanaşması və məhsul metrikləri ilə işləmə bacarığı;
- İnvestisiya, FinTech, bank və ya maliyyə sahəsində təcrübə;
- Proqramlaşdırma və Kodlaşdırmaya dair fundamental biliklərə sahib olmaq;
- Beynəlxalq sertifikatlara sahib olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 350 ₼ ödəyir, median — 1 000 ₼.
23 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 1 il rəqəmsal marketinq sahəsində iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Marketinq, Biznes və ya maliyyə ixtisası üzrə təhsil tələb olunur.
Azərbaycan və İngilis dillərini bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Rəqəmsal marketinq kampaniyalarını idarə edir və Meta Ads, Google Ads biliklərinə malikdir.
Rəqəmsal marketinq fəaliyyətlərini planlaşdırır, SEO və sosial media bacarıqları tələb olunur.
Rəqəmsal marketinq kampaniyalarını idarə edir və performans marketinqində ən azı 2 il təcrübəsi var.




