Sosial media hesablarını idarə edir, kreativ kontent yaradır və satış bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə haqqında:
Sosial media platformalarında brendin tanıtımını və auditoriya ilə aktiv ünsiyyətini təmin edəcək, yaradıcı və dinamik SMM mütəxəssisi axtarırıq.
Əsas vəzifələr:
Şirkətin sosial media hesablarının, xüsusilə Instagram və TikTok platformalarının idarə edilməsi;
Sosial media üçün video və foto kontentlərin ideyalaşdırılması, hazırlanması və çəkilişinin həyata keçirilməsi;
TikTok və Instagram üçün Reels, Stories və qısa formatlı videoların hazırlanması;
Video çəkilişlərinin təşkil edilməsi, kadrların düzgün qurulması və çəkiliş prosesinin idarə olunması;
Çəkilmiş videoların montajı, musiqi, keçid, mətn və digər vizual elementlərin əlavə edilməsi;
TikTok-da müntəzəm canlı yayımların (LIVE) keçirilməsi və idarə olunması;
Canlı yayımlar zamanı auditoriya ilə ünsiyyətin qurulması və izləyicilərin aktivliyinin artırılması;
Sosial media üçün kreativ ideyaların hazırlanması və kontent planının formalaşdırılması;
Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin izlənilməsi və kontentə tətbiq edilməsi;
Paylaşımların mətnlərinin (caption) hazırlanması və uyğun hashtaglardan istifadə;
Sosial media statistikalarının və auditoriya reaksiyalarının təhlili;
Kontentin baxış, engagement və izləyici artımı göstəricilərinin izlənilməsi;
Sosial media hesablarının inkişafı və brendin rəqəmsal görünürlüğünün artırılması.
Tələblər:
SMM və ya sosial media kontentinin hazırlanması sahəsində iş təcrübəsi;
TikTok və Instagram platformalarını yaxşı bilmək;
Video çəkilişi və qısa formatlı video kontent hazırlamaq bacarığı;
TikTok LIVE formatında canlı yayımların keçirilməsi üzrə təcrübə;
Video montaj proqramlarından istifadə bacarığı (CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlar);
Kreativ düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı;
Kamera qarşısında rahat və sərbəst ünsiyyət qurmaq bacarığı;
Trend və viral kontentləri operativ şəkildə izləmək və tətbiq etmək bacarığı;
Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı;
Rus dili biliyinin olması üstünlükdür
İş qrafiki: 5 günluk
Əmək haqqı: 1200 azn
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
SMM mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
37 açıq vakansiya, 163 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
SMM mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 5 gün işlənir.
Əmək haqqı 1200 azn-dir.
Namizədlər öz CV-lərini mövzu hissəsində “SMM” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçTikTok və Instagram platformalarını yaxşı bilmək tələb olunur.
CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlardan istifadə bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSMM mütəxəssisi üzrə digər açıq elanlar.
Sosial şəbəkələri idarə edir, AI alətlərindən istifadə edir və ən azı 3 il təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir, kontent hazırlayır və marketinq strategiyasına uyğun video çəkir.
Sosial media hesablarını idarə edir, kontent strategiyası qurur və reklam kampaniyalarını həyata keçirir
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



