Sosial media hesablarını idarə edir, kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
Amigo Servis komandamızı genişləndiririk! Sosial media sahəsində təcrübəsi olan, kreativ düşünən, video çəkiliş və montaj bacarıqlarına sahib, yeniliklərə açıq əməkdaş axtarırıq.
Bizə sadəcə sosial şəbəkələrdə paylaşım edən deyil, brendimizin sosial mediada inkişafına töhfə verəcək, maraqlı kontentlər hazırlayacaq və izləyicilərin diqqətini cəlb etməyi bacaran mütəxəssis lazımdır.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
1. Video çəkiliş və kontent hazırlanması
-
Telefon təmiri proseslərinin peşəkar şəkildə video çəkilişini həyata keçirmək;
-
Usta və texniki əməkdaşlarla birlikdə maraqlı təmir videoları hazırlamaq;
-
Telefonların təmir öncəsi və sonrası görüntülərini çəkmək;
-
Reels, TikTok və digər qısa formatlı videolar hazırlamaq;
-
Trend olan video formatlarını və ideyaları Amigo Servisə uyğunlaşdırmaq;
-
Reklam, təqdimat və maarifləndirici videolar çəkmək;
-
Çəkilən videoların montajını, səsləndirilməsini və vizual tərtibatını həyata keçirmək.
2. Sosial media hesablarının idarə olunması
-
Instagram, Facebook və TikTok səhifələrinin gündəlik idarə edilməsi;
-
Paylaşımların planlaşdırılması və vaxtında yayımlanması;
-
Həftəlik və aylıq kontent planının hazırlanması;
-
Səhifələrin vizual görünüşünün və vahid üslubunun qorunması;
-
İzləyicilərlə qarşılıqlı əlaqənin və aktivliyin artırılması;
-
Sosial şəbəkələrdə aktual trendlərin izlənilməsi;
-
Səhifələrin statistik göstəricilərinin təhlili və inkişaf strategiyasının hazırlanması.
3. Dizayn və qrafik işlər
-
Instagram postları, Stories və reklam bannerlərinin hazırlanması;
-
Xidmətlər və kampaniyalar üçün kreativ dizaynların yaradılması;
-
Yeni xidmətlərin və filialların sosial mediada təqdim edilməsi;
-
Brendin vizual kimliyinə uyğun dizaynların hazırlanması;
-
Paylaşımlar üçün cəlbedici başlıqlar və reklam mətnlərinin yazılması.
4. Reklam və marketinq fəaliyyəti
-
Sosial media reklamları üçün kreativ materialların hazırlanması;
-
Meta reklamları (Instagram və Facebook Ads) üzrə işləmək;
-
Reklam kampaniyalarının nəticələrini izləmək və təhlil etmək;
-
Brendin tanınması və müştəri cəlbinin artırılması üçün yeni ideyalar təklif etmək;
-
Rəqib səhifələri və bazardakı yenilikləri izləmək.
👤 NAMİZƏDƏ TƏLƏBLƏR
-
SMM və kontent yaradılması sahəsində iş təcrübəsi;
-
Video çəkiliş və montaj bacarığı;
-
CapCut, Canva, Photoshop və ya oxşar proqramlarla işləmək bacarığı;
-
Instagram, Facebook və TikTok platformalarının iş prinsiplərini bilmək;
-
Kreativ ideyalar yaratmaq və onları reallaşdırmaq bacarığı;
-
Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
-
Məsuliyyətli, operativ və intizamlı olmaq;
-
Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.
ƏLAVƏ ÜSTÜNLÜK HESAB OLUNUR:
-
Meta Ads Manager ilə işləmək təcrübəsi;
-
Telefon, texnologiya və elektronika sahəsinə maraq;
-
Peşəkar kamera və mobil telefonla çəkiliş bacarığı;
-
Video ssenarilərinin hazırlanması və kreativ reklam ideyalarının yaradılması;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
SMM mütəxəssisi üzrə bazar adətən 550–1 000 ₼ ödəyir, median — 700 ₼.
58 açıq vakansiya, 199 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
SMM mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 600–1000 ₼ aralığındadır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 19 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSMM mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir və kontent planları hazırlamaq bacarığı tələb olunur
Instagram və TikTok səhifələrini idarə edən, məhsulları sosial şəbəkələrdə satmağı bacaran SMM mütəxəssisi.
Sosial media hesablarını idarə edir, kontent yaradır və istifadəçi kommunikasiya bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



