Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının idarə edilməsi;
- Kontent planının hazırlanması və həyata keçirilməsi;
- Sosial şəbəkələr üçün mətn, foto və video məzmunun hazırlanması;
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun çəkilişlərin təşkili və həyata keçirilməsi;
- Reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimallaşdırılması;
- Sosial media statistikalarının təhlili və hesabatların hazırlanması;
- Brendin tanıtımının və rəqəmsal marketinq fəaliyyətlərinin inkişaf etdirilməsi.
Namizəd üçün tələblər:
- Kişi və ya xanım, 21–35 yaş;
- Ali və ya natamam ali təhsil;
- SMM sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Kreativ düşüncə tərzi;
- Foto və video çəkiliş bacarıqları;
- Sosial media alətləri və reklam kabinetləri ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Şirkət hesabına nahar;
- Əmək haqqı namizədin təcrübə və stajına uyğun olaraq təyin edilir;
- KPI sisteminə uyğun olaraq aylıq bonuslar;
- Mehriban və peşəkar kollektiv;
- Karyera və inkişaf imkanları;
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
"Best Soft" şirkəti öz fəaliyyətini 2009-cu ildə başlamışdır. Bu gün "Best Soft" - yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübədir, yüksək xidmət səviyyəsi, ticarət avadanlıqlarının və kompyuter texnikasının proqram təminatının son yenilikləridir. Bizim şirkətin fəaliyyəti, ilk növbədə, ticarət və kommersiya təşkilatlarında, istehsalatda, ictimai qida müəssisələrində və biznesin istənilən başqa sahələrində uçot və idarəetmə proseslərinin kompleks avtomatlaşdırılmasına yönəldilib, əsasən "1C" proqram məhsulların istifadəsi ilə. "Best Soft" şirkəti "1C" firmasının rəsmi Françayzidir, "1C-Bitriks", "Microsoft", "Datalogic", "AYİB" və sair müəssisələrin tərəfdaşıdır. Biz şirkətimizin missiyasını aşağıdakı şəkildə ifadə etmişik: müştərilərimizə biznesin səmərəliliyinin artırılmasında kömək etmək və bunun nümunəsində iştirakçılara sevinc və məmnunluq gətirən etimada əsaslanan səmimi faydalı əməkdaşlığın mümkünlüyünü göstərmək! Əməkdaşlarımızın məqsədyönlülüyü və peşəkarlığı şirkətimizin uğurlu fəaliyyətinin əsasıdır. Şirkətimiz əməkdaşlarının ixtisasının artırılmasına daim böyük diqqət yetirir. Hazırda şirkətimizdə informasiya texnologiyaları sahəsində nəyin ki ali ixtisas təhsilli, həm də böyük praktiki iş təcrübəsi olan yüksək ixtisaslı («1С:Professional», «1С:Mütəxəssis», «1С:Mütəxəssis-Məsləhətçi», Maliyyə mütəxəssisi, Layihələrin idarəedilməsi mütəxəssisi statusları kimi) mütəxəssislər işləyir.
Best Soft — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


