Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.
İşin təsviri:
Instagram, Facebook, TikTok və digər sosial şəbəkələrdən daxil olan mesajların operativ və nəzakətli şəkildə cavablandırılması
Potensial müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilməsi
Müştərilərin müraciətlərinin satışa yönləndirilməsi və izlənilməsi
Sosial şəbəkələr üzərindən yeni müştərilərin cəlb olunmasına dəstək göstərilməsi
Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi
Tələblər:
Azərbaycan dilində səlis yazılı ünsiyyət bacarığı
Sosial şəbəkələrdən aktiv istifadə bacarığı
Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq
Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlük hesab olunur
Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı
İş şəraiti:
İş qrafiki: 5 günlük (yarım ştat)
İstirahət günləri: Şənbə və bazar
Əmək haqqı qarşılıqlı razılıq əsasında
Sosial şəbəkələr vasitəsilə cəlb edilən hər yeni müştəriyə görə əlavə bonus
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
