Satış və sosial media meneceri

DAVIDOV Consulting Group

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
200–400 ₼
Yerləşdirilib
29 iyun 2026
Dillər
Azerbaijani, Russian

Vakansiya haqqında

İş qrafiki

Bazar ertəsi – Cümə

09:00 dan – 18:00 dək (və ya razılaşma əsasında)

Əməkhaqqı

Sabit əməkhaqqı: 400 AZN

Bonus: Əməkdaş tərəfindən cəlb edilən hər yeni müştəri üzrə şirkət tərəfindən həmin müştəridən əldə edilən xidmət haqqının 20%-dək bonus ödənilir.

Bonus yalnız müştərinin ödənişi şirkətin hesabına daxil olduqdan sonra hesablanır.

Vəzifə öhdəlikləri

  1. Şirkətin xidmətlərinin sosial media platformalarında (Instagram, Facebook, LinkedIn, TikTok və s.) tanıdılması.
  2. WhatsApp, Instagram, Facebook və digər platformalardan daxil olan müraciətlərin operativ cavablandırılması.
  3. Potensial müştərilərlə ilkin əlaqənin qurulması və görüşlərin təşkili.
  4. Şirkətlər, fərdi sahibkarlar və yeni bizneslərlə görüşlər keçirərək şirkətin xidmətlərini təqdim etmək.
  5. Yeni müştərilərin cəlb edilməsi və satış prosesinin idarə olunması.
  6. Gündəlik potensial müştərilərlə əlaqə saxlanılması (telefon, WhatsApp, e-mail və görüşlər).
  7. Satış nəticələrinin və görülmüş işlərin gündəlik/həftəlik hesabatının təqdim edilməsi.
  8. Müştəri bazasının yaradılması və CRM/Excel-də qeydiyyatının aparılması.
  9. Rəhbərlik tərəfindən verilən marketinq və satış tapşırıqlarının icrası.
  10. Şirkətin imicinə uyğun peşəkar ünsiyyətin təmin edilməsi.

Tələblər

  1. Azərbaycan dilində sərbəst danışıq (rus dili üstünlükdür).
  2. Ünsiyyət və satış bacarığı.
  3. Ofis proqramlarından və sosial media platformalarından istifadə bacarığı.
  4. Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
  5. Satış sahəsində təcrübə üstünlük hesab olunur.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
200–400 ₼
Satış və sosial media meneceri
Müraciət et