Sosial media platformalarında kontent planı hazırlayır və reklam kampaniyalarını idarə edir, SMM təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya SMM mütəxəssisi axtarır. Burada bir brend yox, bir neçə brendlə işləyəcəksən — hər birinin öz səsi və auditoriyası var.
Vəzifə öhdəlikləri:
- Bir neçə brend üçün aylıq kontent planının hazırlanması və icrası
- Sosial media strategiyasının qurulması və nəticələrə görə düzəliş edilməsi
- Postların qrafikə uyğun paylaşılması, icmaların idarə olunması
- Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və optimallaşdırılması
- Qrafik dizayner və kopirayterlərə brieflərin dolğun ötürülməsi
- Aylıq hesabatların hazırlanması və müştəriyə təqdim edilməsi
- Trendlərin izlənməsi və layihələrə uyğunlaşdırılması
Tələblər:
- SMM və ya rəqəmsal marketinq üzrə ən azı 3 il təcrübə
- Meta Business Suite və Ads Manager ilə real iş təcrübəsi
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (yazılı və şifahi)
- Kontent planı qurmaq və analitikanı oxumaq bacarığı (ER, CTR, CPL)
- Kreativ təfəkkür, təşəbbüskarlıq və punktuallıq
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
- Agentlik təcrübəsi (eyni vaxtda bir neçə müştəri ilə iş)
- CapCut, Canva və ya Adobe paketində montaj bacarığı
- TikTok və Reels formatlarında kontent təcrübəsi
- Kopiraytinq bacarığı
Biz sənə nə təklif edirik:
- Sabit əmək haqqı: 1 000 AZN
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Tanınmış brendlərin layihələri və real reklam büdcələri
- Dizayner, kopirayter və targetoloqdan ibarət komanda — tək işləmirsən
- İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
- Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000 ₼
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Şirkət haqqında
Make Agency
Peşəkar, elmi və texniki fəaliyyətlər, Marketinq və reklam xidmətləri · 2-10 · Bakı
Make Agency - Rəqəmsal Marketinq Agentliyi. Əsas istiqamətlər— Saytların hazırlanması, SEO xidməti, SMM xidməti, Brendbuk yaradılması. Peşakar SEO xidməti agentliyi.
Make Agency — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
700₼
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
Korporativ müştərilərə marketinq xidmətləri təqdim edir və B2B satış təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
Korporativ müştərilərə marketinq xidmətləri təqdim edir və B2B satışda 2-3 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Sosial media üçün kontent planı hazırlayır, Meta Ads Manager-də reklam kampaniyalarını idarə edir.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


