Vakansiya haqqında

İş şəraiti

  • Departament/Şöbə: Marketing
  • İş yeri: Bakı, Çinar Plaza
  • Əmək haqqı: 1000 AZN (net)

İşin təsviri:

  • Marketinq və agentlik xidmətlərinin (SMM, rəqəmsal marketinq, brendinq, PR və media həlləri) korporativ (B2B) müştərilərə təqdim edilməsi, yeni müştəri portfelinin formalaşdırılması və satış həcminin artırılmasına cavabdeh olacaq Satış Mütəxəssisi axtarırıq.

Namizədə olunacaq tələblər:

Təhsil və Təcrübə:

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya İqtisadiyyat sahəsi üzrə üstünlükdür).
  • B2B satış və ya marketinq/media agentliklərində satış sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi.

Peşəkar Biliklər:

  • Rəqəmsal marketinq xidmətləri (SMM, SEO, Google/Meta reklamları, Kontent marketinq) haqqında baza anlayışları.
  • Korporativ satış prosesləri, soyuq zənglər (Cold Calls), təqdimatların hazırlanması və kommersiya təkliflərinin tərtib olunması qaydaları.
  • Müştəri bazasının və idarəetmə sistemlərinin (CRM) saxlanılması bilikləri.

Baza Bacarıqlar (Soft Skills):

  • Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırmaq bacarığı.
  • Müştəri ehtiyaclarını doğru analiz edib ona uyğun marketinq paketini təklif etmə qabiliyyəti.
  • Stressə davamlılıq və deadline-larla (vaxt hədləri ilə) çalışmaq vərdişi.
  • Sərbəst təqdimat etmə və vizual materiallarla (PowerPoint, Canva) işləmək bacarığı.

Dil və Kompüter Bilikləri:

  • Azərbaycan dili (sərbəst/ana dili), Rus və ya İngilis dili bilikləri (B2B müştərilərlə danışıqlar üçün üstünlükdür).
  • MS Office (Excel, PowerPoint, Word) proqramlarında səlis işləmək bacarığı.

Əsas Vəzifə Öhdəlikləri:

  • Potensial korporativ müştərilərin (B2B) müəyyən edilməsi və əlaqələrin qurulması.
  • Görüşlərin təşkili, agentliyin/şirkətin marketinq xidmətlərinin peşəkar təqdim olunması.
  • Müştəri tələblərinə uyğun qiymət təkliflərinin (KTP) hazırlanması və müqavilələrin bağlanması.
  • Satış hədəflərinin (KPI) vaxtında yerinə yetirilməsi və rəhbərliyə dövrü hesabatların təqdim edilməsi.

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə: +994 10 241 07 27

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000 ₼
Yerləşdirilib
27 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

Bleyz Media
Marketing Services
Bleyz Media — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

GateFlow
Middle · 2+ il
700–2 500

Müştəri bazası formalaşdırır, texniki məhsulu izah edir və B2B satışda 2 il təcrübəsi tələb olunur.

Cold CallingPresentation SkillsNegotiationB2B Sales+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 000 ₼
Satış mütəxəssisi
Müraciət et