Sosial media hesablarını idarə edir və SMM strategiyası hazırlamaq üçün analiz aparır.
Vakansiya haqqında
Rəmzioğlu Paxlava MMC-dən vakansiya: SMM mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının idarə olunması və kontent planının hazırlanması;
- Paxlava və digər şirniyyatlarımızı cəlbedici təqdim edən kreativ ideyaların hazırlanması;
- Foto, video, Reels və Stories formatlarında kontentin çəkilməsi və hazırlanması;
- Məhsulların vizual təqdimatına, mətnlərin düzgünlüyünə və paylaşım keyfiyyətinə diqqət yetirilməsi;
- Trend olan formatların izlənilməsi və brendə uyğun ideyaların tətbiqi;
- Sosial media paylaşımlarının hazırlanması, mətnlərin yazılması və vaxtında paylaşılması;
- İzləyici rəylərinin və mesajlarının izlənilməsi, auditoriya ilə ünsiyyətin təmin edilməsi;
- Paylaşımların nəticələrinin təhlili və kontentin inkişafı üçün yeni təkliflərin verilməsi.
Namizədlərə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə kimi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 22-35 yaşında Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Kreativ düşüncə və fərqli ideyalar yaratmaq bacarığı;
- Foto və video çəkilişi, Reels və Stories hazırlamaq bacarığı;
- Sosial media trendlərini izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı;
- Detallara qarşı yüksək diqqətlilik: vizual keyfiyyətə, orfoqrafiyaya və məhsulun düzgün təqdimatına həssas yanaşma;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və işləri vaxtında yerinə yetirmək bacarığı;
- Tapşırıqları düşünərək icra etmək, nəticələri təhlil etmək və inkişaf üçün təkliflər vermək bacarığı;
- Komandada işləmək və yeni ideyaları həyata keçirmək həvəsi.
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 17:00-kimi
- İş yeri: Əhmədli m., Məhəmməd Hadi 55
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
SMM mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
46 açıq vakansiya, 171 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
SMM mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Əhmədli metrosu yaxınlığında, Məhəmməd Hadi 55 ünvanındadır.
İş həftədə 6 gün, saat 09:00-dan 17:00-dəkdir.
Yalnız qeyd olunmuş ünvanına gələn CV-lərə baxılır, zənglə müraciət qəbul olunmur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBu vakansiya tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSMM mütəxəssisi üzrə digər açıq elanlar.
Sosial media paylaşımlarını planlayır, izləyir və hesabat hazırlamaqda iştirak edir, SMM təcrübəsi tələb olunur.
Instagram, Facebook və LinkedIn səhifələrini idarə edir, SMM sahəsində 1 il təcrübəsi var.
SMM üzrə sosial media hesablarını idarə edir, video çəkir və kontent yaradır, 1 ildən çox təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





