Sosial media hesablarını idarə edir, reklam kampaniyalarını qurur və Meta Ads Manager bacarığı tələb olunur.
Vakansiya haqqında
Komandamıza sosial media hesablarının idarə olunması və hədəfli reklamların qurulması üzrə təcrübəli SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin Instagram və digər sosial media hesablarının idarə olunması;
- Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin təşkili;
- Post, Reels və Stories formatlarında kontent ideyalarının hazırlanması;
- Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun yaradılması;
- Mətnlərin (copywriting) hazırlanması və vizual kontentin tərtib edilməsi;
- Canva və CapCut kimi proqramlardan istifadə etməklə vizualların və qısa videoların hazırlanması;
- Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması;
- Hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi və auditoriyaların seqmentləşdirilməsi;
- Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili;
- Sosial media hesablarının inkişafı, müraciətlərin və potensial müştərilərin sayının artırılması;
- Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
- SMM sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Meta Ads Manager üzrə praktiki bilik və təcrübə;
- Facebook və Instagram üçün reklam kampaniyalarını müstəqil qurmaq və idarə etmək bacarığı;
- Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı;
- Canva və CapCut proqramları ilə işləmək bacarığı;
- Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək;
- Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı;
- Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük.
Üstünlük veriləcək
- Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi;
- Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı;
- Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə.
İş şərtləri
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq.
- İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. SMM mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
38 açıq vakansiya, 159 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
SMM mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Namizədin SMM sahəsində minimum 2-3 il iş təcrübəsi olmalıdır.
İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq.
CV-nizi və portfolio nümunələrinizi elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSMM mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, kontent hazırlayır və müştəri əlaqələrini saxlayır, 1 ildən çox təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir, kontent planı hazırlayır və SMM sahəsində təcrübəsi olmalıdır.
Sosial media platformalarında kontent planlaşdırır, yayımlayır və performansını analiz edir, 3 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




