Şirkətin sosial şəbəkələrini idarə edir, SMM sahəsində 2 il təcrübəsi var.
Vakansiya haqqında
PeakPin — Yeni fəaliyyətə başlayan geolokasiya əsaslı mobil platformadır: ətrafdakı insanlar, məkanlar və fürsətlər bir xəritədə. Tətbiq yayımlanır, brend sıfırdan qurulur. PEAKPİN MMC-nin Marketinq və Brend şöbəsinə SMM mütəxəssisi axtarırıq — səhifələri sıfırdan quran və böyüdən mütəxəssis.
NƏ EDƏCƏKSİNİZ
- Instagram, TikTok və Facebook hesablarını sıfırdan qurmaq və böyütmək
- Aylıq kontent planı hazırlamaq: post, story, reels
- Tətbiqin funksiyalarını (ad günü bildirişləri, pik anlar, fürsətlər, PinBox, Kampaniya, Tədbir və s.) sadə və cəlbedici dildə göstərmək
- Reels çəkmək və montaj etmək — məkanlarda və ofisdə
- Bakı məkanları ilə birgə paylaşımlar və mini-kampaniyalar təşkil etmək
- Şərh və mesajlara cavab vermək, icma qurmaq
- Hədəfli reklam kampanyalarını qurmaq və nəticələri həftəlik hesabat kimi təqdim etmək
TƏLƏBLƏR
- SMM sahəsində ən azı 1 il təcrübə — apardığınız səhifələri göstərə bilməlisiniz
- Reels/TikTok formatını bilmək, mobil montaj (CapCut və ya bənzəri)
- Canva və ya bənzər dizayn aləti
- Azərbaycan dilində səlis və səhvsiz yazı; rus dili üstünlükdür
- Meta Ads Manager ilə iş təcrübəsi üstünlükdür
- Startap ritminə uyğunluq: sürətli sınaq, sürətli düzəliş
NƏ TƏKLİF EDİRİK
- Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı
- Əmək haqqı: 800+AZN
- Brendi sıfırdan qurmaq imkanı — hər şey sizin əlinizlə başlayır
- Birbaşa direktorla iş, uzun təsdiq zənciri yoxdur
- İş qrafiki: B.e–Cümə 09:00–18:00, ofis + məkanlarda çəkilişlər
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
SMM mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
47 açıq vakansiya, 155 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
SMM mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
PeakPin — yerli biznesləri və xidmət obyektlərini interaktiv xəritə üzərindən canlı kütlə ilə birləşdirən milli sosial kəşf və reklam platformasıdır.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSMM mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün marketinq strategiyası hazırlayır və kreativ kontent yaradır, SMM bacarıqları tələb olunur.
Sosial media platformalarını idarə edir, kreativ kontent yaradır və SMM sahəsində 1-2 il təcrübəsi var.
Restoranların sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




